PDF Oxu

Siyasət

  • 451

Kuşner: “Qışa qədər müharibənin dayandırılmasına ümid azdır” - FOTO

image

Məlum olduğu kimi Trampın nümayənləri Stiv Vitkov və Cared Kuşner Moskva və Kiyevdə səfərdə olublar. Nəticələr barədə açıqlama verilməsədə görüşün müharibənin dayandırlmasına xidmət etmədiyi şübhəsizdir. Çünki, Rusiya prezidenti və Ukrayna Prezidenti Volodimir Zeliniski iddialarından əl çəkmirlər. Bununla belə beynəlxalq ictimaiyət müharibənin dayandırılacağına ümid edirlər. Bu məslədə ABŞ prezidenti D. Trampı təşəbbüsləri ümidlər artırır. Stiv Vitkov və Cared Kuşner Moskva və Kiyevə səfərlərindən sonra D.Trampın açıqlama ilə çıxış edəcəyi gözlənilir. Bu barədə "Kyiv Independent" qəzeti məlumat yayıb.Adı açıqlanmayan ABŞ rəsmisi bildirib ki, Trampın bazar ertəsi günü əvvəlcə Kreml lideri Vladimir Putin, daha sonra isə prezident Volodymyr Zelensky ilə telefon danışıqları gözlənilir.

Zənglər Trampın danışıqlar aparanları Stiv Vitkov və Cared Kuşnerdən Moskva və Kiyevdə apardıqları danışıqların nəticələri barədə məlumat aldıqdan sonra 7 sentyabra planlaşdırılıb.

Xatırladaq ki, Kiyevdə üç raund danışıqlar keçirilib, bunlardan biri 3 Aİ ölkəsi, Fransa, Böyük Britaniya və Almaniyanın milli təhlükəsizlik müşavirləri olub. Zelenskinin sözlərinə görə, Kiyevdəki danışıqlar zamanı gələcək danışıqlar üçün bir neçə yeni ideya təklif edilib və yaxın gələcəkdə Ukrayna-ABŞ-Avropa görüşünün təkrarlanması barədə razılıq əldə edilib.

Kuşner bildirib ki, Ukraynadakı müharibənin qışa qədər bitməsi "zəmanətsizdir", lakin Amerika tərəfi bu məqsədə çatmaq üçün şərait yaratmaq üzərində işləyir. O, həmçinin Trampın Rusiya-Ukrayna müharibəsinə son qoymaqda qərarlı olduğunu bildirib.

İlham

Digər xəbərlər