PDF Oxu

Siyasət

  • 1 243

Azərbaycanda artıq regionun ən böyük günəş və külək elektrik stansiyaları fəaliyyət göstərir -ELNUR SOLTANOV

image

Azərbaycan həm Avropa, həm də qlobal miqyasda enerji təhlükəsizliyinin təmin edilməsi üzrə sistemdə ən etibarlı tərəfdaşlar sırasındadır.SİA xəbər verir ki, bu barədə Azərbaycanın energetika nazirinin müavini Elnur Soltanov "Bakı İqlim Fəaliyyəti Həftəsi 2026 (BCAW 2026)"da çərçivəsində keçirilən panel müzakirəsində deyib.O bildirib ki, 2027-ci ilin sonunadək ölkənin quraşdırılmış generasiya güclərinin ümumi strukturunda bərpa olunan enerji mənbələrinin (BOEM) payı 34 %-ə qədər artmalıdır:"Hazırda bu göstərici 21 % səviyyəsindədir. Bu il bərpa olunan mənbələrdən enerji istehsalının həcmi ötən ilin göstəricilərinə nisbətən təxminən iki dəfə artacaq. Azərbaycanda artıq regionun ən böyük günəş və külək elektrik stansiyaları fəaliyyət göstərir. Nisbətən kiçik ərazisinə və iqtisadiyyatının miqyasına baxmayaraq, Azərbaycan "yaşıl keçid" sahəsində regional lider mövqeyini tutmağa çalışır".E.Soltanov qeyd edib ki, ölkədə istixana qazı tullantılarının strukturu ümumilikdə dünya üzrə mövcud tendensiyalarla üst-üstə düşür: "Ümumi emissiyaların təxminən 70 %-i enerji sektorunun payına düşür, sənaye, tullantıların idarə olunması və kənd təsərrüfatı sahələrinin ümumi payı isə təxminən 30 % təşkil edir".Onun sözlərinə görə, ölkənin hazırkı enerji balansı düşünülmüş dövlət siyasətinin nəticəsidir: "Respublikada neft hasilatının planlı şəkildə azaldılması fonunda təbii qaz hasilatının artırılması müşahidə olunur. Təbii qaz səmərəli istifadə edildiyi təqdirdə qlobal iqlim böhranının aradan qaldırılmasında təsirli mexanizmə çevrilmək iqtidarındadır. Azərbaycan tarixi boyunca neft və qaz inqilablarında qabaqcıl mövqelər tutub, hazırda isə Avropanın və bütövlükdə dünyanın enerji sabitliyinin əsas təminatçılarından biri kimi çıxış edir".

Müəllif: Günay Hacıyeva

Digər xəbərlər