Prezident Sərəncam imzalayıb
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev İTAR-TASS agentliyinin baş direktoru Vitali İqnatenkonun "Dostluq" ordeni ilə təltif edilməsi haqqında Sərəncam imzalayıb. V.İqnatenko Azərbaycanın bu yüksək ordeninə Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında informasiya sahəsində əməkdaşlığın və qarşılıqlı əlaqələrin möhkəmlənməsində xüsusi xidmətlərinə görə layiq görülüb.