PDF Oxu

Siyasət

  • 594

Kürdəmirdə ərazi partiya təşkilatında hesabat-seçki yığıncağı keçirilib - FOTOLAR

image

08 sentyabr 2026-cı il tarixdə Yeni Azərbaycan Partiyası Kürdəmir rayon təşkilatının “Heydər Əliyev prospekti 49” (Kürdəmir rayon Gigiyena və Epidemiologiya Mərkəzi) ərazi partiya təşkilatında hesabat-seçki yığıncağı keçirilib. Əvvəlcə müasir müstəqil Azərbaycan dövlətinin qurucusu, xalqımızın Ümummilli Lideri Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. İclasda YAP Kürdəmir rayon təşkilatının sədr müavini Elxan Qafarov və ərazi partiya təşkilatının üzvləri iştirak edib.

Tədbiri giriş sözü ilə açan fəal partiya üzvü, Kürdəmir rayon Gigiyena və Epidemiologiya Mərkəzinin direktoru Kəmalə Abdurahmanova müstəqil Azərbaycanın qurucusu, Yeni Azərbaycan Partiyasının yaradıcısı Ümummilli Lider Heydər Əliyevin misilsiz xidmətlərindən danışıb, dövlətçilik strategiyasının ölkə başçısı, Yeni Azərbaycan Partiyasının sədri cənab İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini diqqətə çatdırıb. Kəmalə Abdurahmanova bildirib ki, bu gün Azərbaycan keşməkeşli tarixi dövrlərdən sonra Vətən müharibəsinin təntənəli Zəfərini yaşayır. Ali Baş Komandanımızın rəhbərliyi və Müzəffər Ordumuzun qalibiyyəti nəticəsində üçrəngli müqəddəs bayrağımız suverenliyimizin rəmzi kimi Qarabağ da daxil olmaqla bütöv Azərbaycanda vüqarla dalğalanır.

Daha sonra digər çıxışçılar Yeni Azərbaycan Partiyasının keçdiyi şərəfli yol və yeni ərazi partiya təşkilatının yaranmasının əhəmiyyətindən danışıblar.

Çıxışlardan sonra səsvermə keçirilib. İşgüzarlığı, yüksək təşkilatçılığı ilə kollektivdə böyük hörmət qazanan Kəmalə Abdurahmanova yekdil səslə ərazi partiya təşkilatının sədri, Günay Kamilova isə sədr müavini seçiliblər. Ərazi partiya təşkilatının yeni seçilmiş sədr və sədr müavini göstərilmiş etimada görə təşəkkürlərini bildiriblər və bu etimadı layiqincə doğruldacaqlarını, bundan sonra da Vətənə, xalqa sədaqətlə xidmət edəcəkələrini bəyan ediblər.

Tədbirdə iştirak edən YAP Kürdəmir rayon təşkilatınınsədr müavini Elxan Qafarov Yeni Azərbaycan Partiyasının ölkənin ictimai, siyasi və sosial həyatındakı rolundan danışaraq bildirib ki, ölkəmiz böyük tərəqqi və inkişaf yolu keçərək dünyada öz layiqli yerini tutmuşdur. Bütün bunlar Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin yorulmaz fəaliyyətinin və misilsiz xidmətlərinin sayəsində mümkün olmuşdur. VII Qurultayda YAP rəhbərliyi tərəfindən qarşıya qoyulan vəzifələr və öhdəliklər haqda partiya fəallarına məlumat verib.

Elxan Qafarov yeni seçilmiş ərazi partiya təşkilat sədri Kəmalə Abdurahmanovanı və sədr müavini Günay Kamilovanı təbrik edərək, təşkilatın işlərində uğurlar arzulayıb, iclas iştirakçılarını partiyanın fəaliyyətində daha da yaxından iştirak etməyə çağırıb.

Digər xəbərlər