PDF Oxu

Siyasət

  • 1 138

Gənclər iqlim keçidində yeni imkanlardan yararlanmalı və prosesə töhfə verməlidirlər -MUXTAR BABAYEV

image

Xüsusilə vacib olan məqam ondan ibarətdir ki, bu dəyişikliklər gələcəyin bacarıqlarını, peşələrini və imkanlarını formalaşdırır. Biz əmin olmalıyıq ki, təhsil gənclərə ehtiyac duyduqları bilik və praktiki bacarıqları qazandırır, eyni zamanda onları elm, texnologiya, innovasiya və real dünya həlləri ilə daha sıx əlaqələndirir.

SİA xəbər verir ki, bunu Azərbaycan Prezidentinin iqlim məsələləri üzrə nümayəndəsi Muxtar Babayev "Bakı İqlim Fəaliyyəti Həftəsi 2026"-nın (BCAW 2026) ikinci günündə çıxışı zamanı deyib.Onun sözlərinə görə, gənclər təmiz enerji, mühəndislik, maliyyə, kənd təsərrüfatı və digər sahələrdə yaranan yeni iş və imkanlardan da yararlana bilməlidirlər. Siz yalnız iqlim keçidindən faydalanmamalısınız. Bu keçidin həyata keçirilməsinə töhfə vermək üçün lazımi bilik və bacarıqlara da sahib olmalısınız.Bu, COP29 sədrliyimizin də mühüm istiqamətlərindən biri idi. Biz gənclərin beynəlxalq iqlim proseslərində iştirakını dəstəklədik, təhsil, bacarıqların inkişafı və potensialın gücləndirilməsinə diqqəti artırdıq.Həmçinin beynəlxalq tərəfdaşlarla əməkdaşlıq edərək uşaqların və gənclərin baxışlarının iqlim fəaliyyətində daha yaxşı əks olunmasını təmin etməyə çalışdıq.Bu işin irəlilədilməsinə verdiyi töhfələrə görə COP29-un Gənclər üzrə İqlim Çempionu Leyla Həsənovanın fədakarlığını xüsusi qeyd etmək istəyirəm.

Müəllif: Günay Hacıyeva

Digər xəbərlər