Dünya əhalisinin 50 faizi şəhərlərdə yaşayır və urbanizasiya prosesi sürətlə davam edir. Şəhər mərkəzləri iqtisadi fəaliyyətin, məşğulluğun və ÜDM-in əsas hissəsinin formalaşdığı məkanlardır. Lakin eyni zamanda şəhərlərdə çirklənmə, tullantılar, zorakılıq və digər problemlər də mövcuddur. Buna görə də şəhərlərlə bağlı məsələlərin həlli xüsusi əhəmiyyət daşıyır.SİA xəbər verir ki, bu sözləriNizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədri İsmail Serageldin “Bakı İqlim Fəaliyyəti Həftəsi 2026"-nın (BCAW 2026) ikinci günündə İqlim fəaliyyətinin şəhər ölçüsünün inkişaf etdirilməsi: WUF13-dən COP31-ə panel müzakirə zamanı deyib.Onun sözlərinə görə, sadə yanaşsaq, şəhər mərkəzləri yalnız innovasiya, iqtisadi fəaliyyət və inkişaf məkanı deyil, həm də “istilik adaları”dır. Tikililərin, beton örtüklərin çoxluğu, günəş istiliyinin əks olunması, müxtəlif texniki qurğular və nəqliyyat şəhərlərdə temperaturun yüksəlməsinə səbəb olur.Bu səbəbdən şəhərlərin planlaşdırılması və dizaynı ilə yanaşı, konkret tədbirlərin görülməsi və vətəndaşların prosesə cəlb olunması da vacibdir. Ümumdünya Şəhər Forumu şəhərə canlı orqanizm kimi yanaşmaq və onun müxtəlif problemlərini kompleks şəkildə nəzərdən keçirmək üçün mühüm imkan yaratdı.Şəhərlər həm istehsal edir, həm də tullantı yaradır, çox sayda insanı özündə birləşdirir. Lakin bir çox ərazilərdə kifayət qədər yaşıllıq və açıq məkanların olmaması istilik adaları problemini daha da aktuallaşdırır. Bunun əsas səbəblərindən biri isə isti hava dalğalarının getdikcə daha tez-tez baş verməsidir.
Müəllif: Günay Hacıyeva