PDF Oxu

Siyasət

  • 1 080

İlham Əliyev: Cənubi Qafqazda artıq müharibədən deyil, sülhdən danışırıq -DEPUTAT DANIŞDI

image

“Prezident İlham Əliyevin Bişkekdə səsləndirdiyi fikirlərin ən mühüm tərəfi odur ki, biz artıq Cənubi Qafqaz haqqında danışarkən müharibədən deyil, sülhdən danışırıq”.Bu sözləri SİA -ya açıqlamasında millət vəkili Ülviyyə Həmzəyeva bildirib.Onun sözlərinə görə, bəlkə də illər əvvəl bu, çoxlarına əlçatmaz görünürdü:”Çünki Azərbaycan xalqı 30 ilə yaxın işğalın, məcburi köçkünlüyün, itkilərin və nəticəsiz danışıqların nə demək olduğunu yaşadı.Bu gün isə tamamilə başqa bir reallıq var. Azərbaycan öz ərazi bütövlüyünü və suverenliyini bərpa edib, Azərbaycan və Ermənistan arasında sülh sazişinin mətni paraflanıb. İndi isə iki ölkə arasında ticarətdən, tranzitdən, enerji əməkdaşlığından və yeni nəqliyyat yollarından danışılır. Məncə, sülhün ən böyük göstəricisi də elə budur – dünən qarşı-qarşıya dayanan tərəflərin bu gün gələcəyi necə quracaqlarını müzakirə etməsi.Ölkə Başçısının BMT ilə bağlı söylədikləri də çox ciddi mesajdır. 1993-cü ildə Təhlükəsizlik Şurası Azərbaycanın işğal olunmuş əraziləri ilə bağlı dörd qətnamə qəbul etmişdi. Amma bu qətnamələr təxminən 30 il kağız üzərində qaldı. Azərbaycan öz suverenliyini və ərazi bütövlüyünü özü bərpa etdi. Burada ortaya çox sadə, amma vacib bir sual çıxır: əgər beynəlxalq hüququn qəbul etdiyi qərarların icra mexanizmi yoxdursa, həmin qərarlar insanlara və dövlətlərə real olaraq nə verir?Hesab edirəm ki, Prezident İlham Əliyevin çağırışı yalnız Azərbaycanın keçmişdə üzləşdiyi ədalətsizliyə münasibət deyil. Bu, gələcəkdə dünyanın başqa bölgələrində eyni vəziyyətlərin yaşanmaması üçün beynəlxalq institutların daha işlək və məsuliyyətli olması barədə çağırışdır.Ən önəmlisi isə budur ki, Azərbaycan bu gün qalib dövlət olaraq sülh təklif edir. Gücünü sübut etmiş bir dövlətin sülhü seçməsi zəiflik deyil, əksinə, siyasi iradənin və gələcəyə inamın göstəricisidir.Bizim üçün sülh sadəcə sənədin imzalanması demək deyil. Sülh sərhədlərin təhlükəsiz olması, yolların açılması, iqtisadi əlaqələrin yaranması, insanların gələcəyə qorxmadan baxması deməkdir. Əgər Cənubi Qafqaz həqiqətən davamlı sülh və əməkdaşlıq məkanına çevrilirsə, düşünürəm ki, bu, Azərbaycan xalqının uzun illər verdiyi mübarizənin ən mühüm tarixi nəticələrindən biri olacaq”.

Müəllif: Günay Hacıyeva

Digər xəbərlər