Moldova Müdafiə Nazirliyi 8 sentyabr çərşənbə axşamı günü Şahed sinifli pilotsuz uçuş aparatının (PUA) Moldova ərazisinə daxil olduğunu açıqlayıb. Məlumat agörə, PUA Ukraynadan Slavyanoserbka yaxınlığında sərhədi keçib və Bender istiqamətində hərəkət edib: “Uçuş təhlükəsizliyini təmin etmək üçün ölkənin mərkəzi hissəsində hava məkanı saat 16:30-da müvəqqəti olaraq məhdudlaşdırılıb. Daha sonra, pilotsuz təyyarə Moldova ərazisini tərk etdikdən sonra hava məkanı yenidən açılıb. Milli hakimiyyət orqanları tərəfdaşları ilə əməkdaşlıq çərçivəsində ictimai təhlükəsizliyi təmin etmək üçün hava məkanını izləməyə davam edirlər".
Qeyd edək ki, bir neçə gün əvvəl Rusiya Ukraynaya daha bir hava hücumu həyata keçirərkən, beş dron Moldovanın hava məkanına daxil olub.Moldova prezidenti Maya Sandu bildirib ki, Moldovanın Müstəqillik Gününü qeyd etdiyi gün, Rusiya dronlarının Moldovanın hava məkanında uçuşu "qorxutma" təşkil edib.
İlham