PDF Oxu

Siyasət

  • 437

Tramp nasistlərin seçkilərdə qələbə qazanmasından razı qalıb - FOTO

image

Almaniyanın Saksoniya-Anhalt seçkilərində nasistlərin qələbə qazanması dünyada təhlükə saçan vəziyyət yaradıb. Əksər dövlətlər bu seçki qələbəsindən narahatlıqlarını ifadə etsələr də bəzi dövlətlər, o cümlədən ABŞ Almaniya üçün Alternativ partiyasının seçki qələbəsindən razı qalıb. ABŞ prezidenti Donald Tramp Saksoniya-Anhalt seçkilərində "Putinin dostları" kimi tanınan ifrat sağçı Almaniya üçün Alternativ partiyasının qələbəsindən məmnun qaldığını bildirib. Bu barədə Trampın Truth Social sosial şəbəkəsindəki paylaşımında qeyd edib. Tramp bildirib ki, Almaniyadakı populist partiya həqiqətən əlamətdar bir gecə keçirdi: “İnsanlar nəhayət ki, Almaniyaya bu qədər zərər verən tamamilə dəhşətli immiqrasiya qaydaları və tənzimləmələrindən beziblər... Onlar güclənirlər və artıq buna dözməyəcəklər!"

Bundan əlavə, Tramp paylaşımına "MGGA!!!" əlavə edərək MAGA (Amerikanı Yenidən Böyük Et) şüarının alman variantını yaradıb.

İlham

Digər xəbərlər