PDF Oxu

Siyasət

  • 516

Gəncədə şəhid övladlarına məktəb ləvazimatları təqdim olunub - FOTO

image

Ölkəmizin ərazi bütövlüyünün təmin olunması uğrunda qəhrəmancasına vuruşaraq canından və sağlamlığından keçən şəhidlərin və qazilərin övladlarının qayğıları dövlətimizin daim diqqət mərkəzindədir.
YAP Gəncə şəhər təşkilatı tərəfindən hər tədris ilinin əvvəlində 44 günlük Vətən müharibəsində canlarından keçən şəhidlərimizin birinci sinfə qədəm qoyan övladları ilə görüş və onlara müxtəlif məktəb ləvazimatlarının hədiyyə olunması artıq ənənə halını alıb.
Bu münasibətlə keçirilən tədbirdə YAP İdarə Heyətinin üzvü, millət vəkili Pərvin xanım Kərimzadə, YAP İdarə Heyətinin üzvü, YAP Gəncə şəhər təşkilatının sədri Bayram Aslanov, Gəncə Şəhər İcra Hakimiyyətinin başçısının müavini Səməd Tomiyev, Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin Gəncə şəhəri üzrə təhsil sektorunun müdiri Nərgiz Həsənova, Vətən müharibəsi şəhidlərinin birinci sinfə gedən övladları və onların ailələri iştirak ediblər.
Əvvəlcə ərazi bütövlüyümüz uğrunda canlarından keçən Vətən oğullarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə ölkəmizin ərazi bütövlüyünün təmin olunması uğrunda qəhrəmancasına vuruşaraq canından keçən şəhidlərin övladlarının qayğıları dövlətimizin daim diqqət mərkəzində olduğundan söz açılıb.
Uşaqlarda sevinc dolu anlar yaşadan görüşdə çıxış edənlər bu il ilk dəfə məktəbə qədəm qoyan şagirdlərə uğurlar arzulayıb, onların gələcəkdə dövlətimiz və cəmiyyətimiz üçün savadlı və layiqli vətəndaşlar kimi yetişəcəklərinə əmin olduqlarını bildiriblər.
Görüşdə iştirak edən şəhid ailələri onlara göstərilən diqqət və qayğıya görə Müzəffər Ali Baş Komandanımız, Prezidentimiz cənab İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.
Sonda xatirə şəkli çəkdirilib.

Digər xəbərlər