PDF Oxu

Siyasət

  • 1 227

AIDA və TİKA birgə təşəbbüslərin həyata keçirilməsi üçün əməkdaşlıq edəcək -CEYHUN BAYRAMOV

image

Bakı İqlim və Sülh Fəaliyyəti Mərkəzi həssas ölkələr üçün praktiki əməkdaşlığın inkişafına xidmət edir.Azərbaycanın COP29 sədrliyi dövründə yaradılmış Bakı İqlim və Sülh Fəaliyyəti Mərkəzi iqlim dəyişikliklərinə həssas və münaqişələrdən zərər çəkmiş ölkələr üçün praktiki əməkdaşlığın inkişaf etdirilməsinə xidmət edir.SİA xəbər verir ki, bunu xarici işlər naziri Ceyhun Bayramov Azərbaycanın Beynəlxalq İnkişafa Yardım Agentliyinin (AIDA) yaradılmasının 15 illiyinə həsr olunmuş “Humanitar yardım və inkişaf naminə əməkdaşlıq vasitəsilə qlobal həmrəyliyin gücləndirilməsinə dair Konfrans”da çıxışı zamanı deyib.Nazir bildirib ki, Mərkəz hökumətləri, beynəlxalq təşkilatları və maliyyə institutlarını bir araya gətirərək dəstəyi səfərbər edir, milli potensialın gücləndirilməsinə və həssas ölkələrin ehtiyaclarına uyğun konkret pilot layihələrin hazırlanmasına töhfə verir.C.Bayramov qeyd edib ki, inkişaf agentlikləri arasında tərəfdaşlıqların genişləndirilməsi yardımın əhatə dairəsinin və effektivliyinin artırılması baxımından mühüm əhəmiyyət daşıyır.O bildirib ki, bu baxımdan konfrans çərçivəsində Azərbaycan Beynəlxalq İnkişaf Agentliyi (AIDA) ilə Türkiyə Əməkdaşlıq və Koordinasiya Agentliyi (TİKA) arasında anlaşma memorandumunun imzalanması nəzərdə tutulur.Nazirin sözlərinə görə, memorandum iki inkişaf agentliyi arasında əməkdaşlığın genişləndirilməsi, təcrübə mübadiləsi və tərəfdaş ölkələrdə birgə təşəbbüslərin həyata keçirilməsi üçün çərçivə yaradacaq.C.Bayramov vurğulayıb ki, bu təşəbbüs Azərbaycan və Türkiyə arasında strateji münasibətlərin, eləcə də sərhədlərdən kənarda davamlı inkişafa töhfə vermək istiqamətində ortaq öhdəliyin göstəricisidir.Nazir qeyd edib ki, Azərbaycanın beynəlxalq yardım siyasəti tərəfdaş ölkələrin milli prioritetlərinə hörmət, qarşılıqlı fayda, praktiki təcrübə mübadiləsi və davamlı nəticələr prinsipləri əsasında davam etdiriləcək.O əlavə edib ki, AIDA-nın 15 illiyinə həsr olunmuş konfrans humanitar yardım və inkişaf əməkdaşlığının gələcəyi ilə bağlı mühüm müzakirələr üçün əhəmiyyətli platformadır.

Müəllif: Günay Hacıyeva

Digər xəbərlər