Ermənistanın 30 illik işğal dövründə Azərbaycan torpaqlarında törətdiyi vandalizm aktlarından, vəhşiliklərdən biri də ərazilərə mina basdırması olmuşdur. Mina terroru nəticəsində onlarla insan həyatını itirib və bu gün də təhlükə can almaqda, xəsarətlər yetirməkdə davam edir. Ötən gün işğaldan azad edilmiş Xocalı rayonunun Daşkənd kəndi ərazisində mina partlayıb.
Bu barədə Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) məlumat yayıb. Məlumata görə, Minatəmizləmə Agentliyinin əməkdaşı, 1990-cı il təvəllüdlü Anar İftixar oğlu Həsənov xidməti vəzifəsini yerinə yetirərkən piyada əleyhinə mina partlayışı baş verib və o, hadisə nəticəsində sol ayağından xəsarət alıb.
Anar Həsənov rayon xəstəxanasına təxliyə edilib, onun vəziyyəti qənaətbəxşdir.
İlham