PDF Oxu

Siyasət

  • 1 093

KOICA bu il Qarabağda kəhrizlərin bərpasına başlayacaq -SƏFİR: KAN KİMQU

image

Koreya Respublikasının Beynəlxalq Əməkdaşlıq Agentliyi (KOICA) bu il Qarabağda kəhrizlərin bərpası üzrə 5,5 milyon dollarlıq layihənin icrasına başlayacaq.SİA xəbər verir ki, bu barədə Koreya Respublikasının Azərbaycandakı səfiri Kan Kimqu "Humanitar yardım və inkişaf naminə əməkdaşlıq vasitəsilə qlobal həmrəyliyin gücləndirilməsinə dair Konfrans"da bildirib.Diplomat qeyd edib ki, işlər 2030-cu ilə qədər davam edəcək.Onun sözlərinə görə, Koreya Respublikası Azərbaycanın işğaldan azad edilmiş ərazilərinin - Qarabağ və Şərqi Zəngəzurun bərpası və inkişafının dəstəklənməsinə diqqət yetirir."KOICA-nın Qarabağda kəhrizlərin bərpası üzrə yeni layihəsinin artıq bu il başlayacağı gözlənilir. Layihə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi ilə birgə 2030-cu ilə qədər icra ediləcək, onun ümumi dəyəri isə 5,5 milyon dollar təşkil edəcək", - diplomat bildirib.Səfir layihənin uğurla həyata keçiriləcəyinə əminliyini ifadə edib.

Müəllif: Günay Hacıyeva

Digər xəbərlər