Norveçin Baş naziri Yonas Qar Stjore bildirib ki, Ukrayna prezidenti və birinci xanımını daşıyan təyyarə Moldovadan Osloya uçarkən dronla vurulmasına cəhd göstərilib: “Bu, onun yaşamalı olduğu reallıqdır".
Norveçin baş naziri əlavə məlumat verməyib və ya bu məlumatı birbaşa Zelenskidən və ya Ukrayna tərəfindən alıb-almadığını qeyd etməyib.Bəyanatda həmçinin hadisənin qəsdən və ya daha çox ehtimal ki, təsadüfən baş verdiyi də aydın deyil.
Baş nazir həmçinin bildirib ki, qısa səhər söhbəti zamanı Zelenskidən gecəsinin necə keçdiyini soruşub və Ukrayna prezidenti cavab verib ki, bunu yaxşı adlandıra bilməz, çünki o, son Rusiya hücumlarının təsirləri barədə xəbərlər alırdı. "Bu, çox dramatik bir vəziyyətdir; güclü təəssürat yaradır", Stjore deyib.
Xatırladaq ki, 8 sentyabrda Moldova Müdafiə Nazirliyi, ehtimal ki, Şahed pilotsuz təyyarəsinin hava məkanını pozduğunu bildirmişdi. Pozuntu yerli vaxtla saat 16:20 radələrində baş vermişdi. Daha sonra pilotsuz təyyarənin tarlada qəzaya uğradığı bildirilmişdi; onun növü göstərilməmişdi.
Elə həmin gün Rumıniya hava məkanını pozmaq ehtimalı səbəbindən qırıcı təyyarələri havaya qaldıraraq İasi hava limanında əməliyyatları müvəqqəti olaraq dayandırdı.
9 sentyabr gecəsi Rusiya pilotsuz təyyarələri yenidən Ukrayna-Moldova sərhədindəki sərhəd infrastrukturuna hücum edib.
İlham