PDF Oxu

Siyasət

  • 653

Müharibə seçkilərdən dərhal sonra bitəcək - FOTO

image

ABŞ Prezidenti Donald Tramp iddia edib ki, İran rəhbərliyi hazırda noyabr ayında keçiriləcək ara seçkilərdə respublikaçılara zərər vermək üçün münaqişəni qızışdırır. Bu barədə "Politico" qəzeti Trampa istinadən məlumat yayıb.

Donald Tramp ara seçkilər ilə bağlı Texasa səfəri zamanı jurnalistlərə verdiyi açıqlamada bildirib ki, "Düşünürəm ki, müharibə seçkilərdən dərhal sonra bitəcək. Onlar artıq davam gətirə bilmirlər. Onlar seçkilərə təsir etməyə çalışırlar ki, biz də yaxşı, zəif bir qrup insanı seçək, onları rahat buraxaq və nüvə silahlarına sahib olsunlar".

Qeyd edək ki, Respublikaçılar uzun müddətdir ki, müharibənin iqtisadi nəticələrinin Nümayəndələr Palatasında və Senatda çoxluqlarını itirəcəklərindən qorxurlar.

Trampın yüksək vəzifəli köməkçilərinin Respublikaçılar Partiyasının məğlubiyyətinin qarşısını almaq üçün noyabr ayında keçiriləcək aralıq konqres seçkilərinə qədər İranla müharibəni genişləndirməkdə israrlı olduqları bildirilir.

İlham

Digər xəbərlər