PDF Oxu

Siyasət

  • 497

Büdcə ehtiyacları ilə bağlı suallar açıq qalır - FOTO

image

Müharibə Ukrayna iqtisadiyyatını şökdürüb. Artıq elə bir vəziyyət yaranıb ki, müttəfiqləri hesab oluna ABŞ və Avropa rəsmi Kiyevin artan büdcə xərclərinin aradan qaldırılmasına kömək edə bilmir. Ukrayna prezidenti V. Zeliniskinin Avoropa müttəfiqlərindən 23 milyard dollar istəməsinə cavab verilməməsi buna misal ola bilər. Brüssel hələlik bu məbləğdən əmin deyil və boşluğun nə qədər böyük olduğunu, haradan gəldiyini və necə ödənilə biləcəyini anlamaq üçün ətraflı təhlil tələb edir.

Avropa İqtisadiyyat Komissarı Valdis Dombrovskis Euronews-a verdiyi müsahibədə bildirb ki, Avropa İttifaqı Ukraynanın artan büdcə ehtiyaclarını necə ödəmək barədə qərar verməzdən əvvəl ətraflı qiymətləndirmə aparmalı və onların əhatə dairəsini müəyyən etməlidir. Avropa Komissarı qeyd edib ki, Ukraynanın büdcə ehtiyacları ilə bağlı "açıq suallar" əvvəlcə aydınlaşdırılmalıdır. Onun açıqlaması Kiyevin müttəfiqlərindən 23 milyard avroluq maliyyələşdirmə boşluğunu ödəmələrini istəməsindən sonra verilib: “Əlbəttə ki, biz düzgün, ətraflı qiymətləndirmə aparmalıyıq, amma başa düşürük ki, müharibə böyük intensivliklə davam edir. Rusiya hətta hücumlarını gücləndirir. Nəticə etibarilə, Ukraynadakı iqtisadi vəziyyət də çox çətindir. Buna görə də başa düşürük ki, bu, Ukrayna üçün maliyyələşdirmə ehtiyaclarının artmasına səbəb ola bilər”.

Qeyd edək ki, Ukrayna Prezidenti Volodymyr Zelensky, AB-nin 90 milyard avroluq kredit üzrə ödənişləri sürətləndirməsini təklif edib. Lakin bu, AB-nin 2026-cı il üçün 45 milyard avro və 2027-ci il üçün daha 45 milyard avro ayırdığı ilkin cədvəlini pozacaq. Brüsselin sözlərinə görə, vəsaitlərin vaxtından əvvəl verilməsi yardımın gələn ilin əvvəlində tükənməsi riskini yaradır.

"Əvvəlcə bu əlavə maliyyələşdirmə ehtiyaclarının nə olduğunu dəqiqləşdirməliyik və sonra Ukrayna hakimiyyəti ilə onları necə maliyyələşdirəcəyimizi müzakirə etməliyik", - deyə Dombrovskis bildirib və 90 milyard avroluq kreditin "müəyyən düzəlişlərə" imkan verdiyini qeyd edib.

Dombrovskis bildirib ki, "Bütün bu proqramlarda yaxşı idarəetmə, sağlam maliyyə idarəetməsi və korrupsiyaya qarşı mübarizə məsələlərinə çox yüksək prioritet veririk və bu, həmçinin makromaliyyə yardım proqramımızın şərtlərinin bir hissəsidir".

Hazırda, 2026-cı il üçün ayrılmış 45 milyard avroluq tranş çərçivəsində Ukrayna 3,2 milyard avro büdcə yardımı və 8,35 milyard avro hərbi yardım alıb.

Maliyləşdirməyə alternativ olaraq, Ukrayna Aİ ölkələrini Rusiya Mərkəzi Bankının dondurulmuş aktivlərindən istifadə etməyi nəzərdən keçirməyə çağırıb. Aİ bu aktivlərdə 210 milyard avro saxlayır və bunların əksəriyyəti Belçikadakı Euroclear depozitariyasında saxlanılır.

İlham

Digər xəbərlər