PDF Oxu

Siyasət

  • 594

6,1 milyard avro məbləğində vəsait ayrıldı - FOTO

image

Avropa iqtisadi, sosial cəhətdən ağır dövr yaşamasına baxmayaraq Ukraynaya maliyyə, hərbi texnika, silah –sursatlarını davam etdirir. Bunla bir daha nümayiş etdir8ilir ki, Avropa Rusiyanı özünün ən təhlükəli düşməni hesab edir və Ukrayna vasitəsi ilə onu ən azı zəiflətməyə çalışır. 11 sentyabr cümə günü Avropa Komissiyası Ukraynaya 6,1 milyard avro məbləğində kreditin ayrılmasını təsdiqləyib. Bu kredit, Patriot hava hücumundan müdafiə sistemi üçün dronların və PAC-3 tutucu raketlərinin alınması üçün 90 milyard avroluq kreditin bir hissəsidir və 4,3 milyard avroluq növbəti tranşın verilməsinə hazırlaşır.Bu barədə Avropa Müdafiə Komissarı Andrius Kubilius məlumat verib : “Bu gün Komissiya Ukraynaya dəstək kreditinin bir hissəsi olaraq Ukraynanın hava hücumundan müdafiəsi üçün dronlar və raketlər üçün 6,1 milyard avro məbləğində vəsaitin ayrılmasını rəsmi olaraq təsdiqlədi”.

Andrius Kubilius əlavə edib ki, bu qərar Ukraynaya Patriot sistemləri üçün PAC-3 raketləri almağa rəsmi olaraq icazə verir: “Ukrayna Kreditləri vasitəsilə maliyyələşdirilən paket standart uyğunluq şərtlərindən beş istisnanı əhatə edir. Üçü Ukrayna istehsalı olan dronlar və dəyər hədlərini aşan komponentlər, ikisi isə ABŞ istehsalı olan avadanlıqlar, xüsusən də PAC-3 raketləri üçündür.

Rəsmi şəxs vurğulayıb ki, hazırda "Ukrayna Kreditindən Ukrayna üçün bu ilki müdafiə maliyyələşdirilməsi üçün ayrılan 28,3 milyard avronun hamısı razılaşdırılıb. Komissiya hazırda 4,3 milyard avro məbləğində ödəniş üçün müraciətləri də nəzərdən keçirir ki, bu da artıq ödənilmiş 8,3 milyard avrodan sonra növbəti addımdır".

EuroPravda qəzetinin məlumatına görə, Aİ-nin 90 milyard avroluq kreditin müdafiə komponenti çərçivəsində 2026-cı ilin sonuna qədər Ukraynaya təxminən 20 milyard avro ödəməsi gözlənilir və yaxın həftələrdə yeni tranşların gəlməsi gözlənilir.

İlham

Digər xəbərlər