PDF Oxu

Siyasət

  • 618

Avropa İttifaqı Gürcüstanı təhdid etdi, cavabını aldı - FOTO

image

Gürcüstanla Avropa İttifaqı arasında qarşıdurma səngimək bilmir. Tərəflər bir-birini ittiham edir və aşağılamağa çalışır. Bu dəfə Aİ-nin Genişlənmə üzrə Komissarı Marta Kosun Gürcüstanı təhqir edən açıqlam ilə çıxış edib. Bildirib ki, Gürcüstan çox zəif dövlətdir və güclənmək istəyirsə Avropa İttifaqının tələblərini yerinə yetirməlidir. Marta Kosun hədə mesajı səsləndirməkdəndə çəkinməyib: "Aİ üzvlüyünə namizəd ölkələr Donald Trampın MAGA hərəkatı ilə əlaqələrini kəsməlidir". Gürcüstan parlamentinin sədri Şalva Papuaşvili Aİ-nin Genişlənmə üzrə Komissarı Marta Kosunun fikirlərinə cavabı özünü çox gözlətməyib. Parlament sədri Marta Kosun fikirlərin “gülünc” adlandırıb. Qeyd edib ki, ölkələr hətta Aİ üzvü deyil, namizədlər, suveren ölkələr olduqda, onlara xarici siyasət və münasibətləri ilə bağlı birbaşa ultimatumlar təqdim olunur: “ Əvvəlcə Çin var idi, indi isə ABŞ-ı da əlavə ediblər. Aİ-nin xarici siyasəti, o cümlədən genişlənmə siyasəti o qədər səriştəsizdir ki, artıq bu məsələ ilə bağlı eşitdiyimiz açıqlamaları ciddiyə ala bilmirik. Bu açıqlama məhz ABŞ və onun administrasiyası ilə münasibət qurmamaq üçün açıq bir çağırışdır. Bundan sonra bunu necə bir az da ciddiyə ala bilərik?.Bu açıqlama xüsusilə Serbiya tərəfindən dinlənilmək üçün edilib və tezliklə bu hərəkatın və digərlərinin iştirakı ilə konfrans keçiriləcək. Serbiyada seçkilər oktyabr ayında keçiriləcək və bu siqnal da seçkilərə müdaxilə cəhdlərindən biridir. Əminəm ki, bundan sonra Brüsseldən Serbiya seçkilərinə müdaxilə cəhdləri olacaq, necə ki, Gürcüstandakı seçkilərə müdaxilə cəhdləri olub. Əgər hər hansı bir Avropa dəyərləri varsa, bu, başqa bir ölkənin suverenliyinə və xalqının suveren seçiminə hörmətdir ki, bugünkü Brüssel seçkilərə birbaşa müdaxilə etməklə bunu birbaşa pozur. 2024-cü il seçkiləri ən yaxşı nümunədir, burada onlar özlərinin dediyi kimi, kobud şəkildə Gürcüstandakı seçkilərə müdaxilə etmək üçün Rusiya metodlarından istifadə etdilər”.

İlham

Digər xəbərlər