PDF Oxu

Siyasət

  • 923

Xarici diplomatlar Gəncəsər monastır kompleksini ziyarət ediblər

image

Azərbaycanda akkreditə olunmuş xarici diplomatik korpusun nümayəndələri Qarabağ və Şərqi Zəngəzura səfər çərçivəsində Ağdərə rayonunun Vəngli kəndinə gəlib və Gəncəsər monastır kompleksini ziyarət ediblər.

Bu barədə SİA -nın Qarabağa ezam olunmuş müxbiri xəbər verir.

Qonaqlara monastır kompleksinin tarixi və memarlıq xüsusiyyətləri barədə məlumat verilib.

Xatırladaq ki, bu gün Azərbaycanda akkreditə olunmuş xarici diplomatik korpusun nümayəndələrinin Qarabağ və Şərqi Zəngəzura səfərinin ikinci günü başlayıb.

Səfərdə 58 ölkə və 9 beynəlxalq təşkilatı təmsil edən 150 nəfər iştirak edir.

Digər xəbərlər