PDF Oxu

Siyasət

  • 441

Tramp Zelenskiyə çağırış etdi - FOTO

image

ABŞ prezidenti Donald Tramp Ukrayna prezidenti Volodimir Zelenskini Rusiya dizel yanacağına hücumları dayandırmağa çağırıb və iddia edib ki, bu cür hücumlar qlobal qıtlığa səbəb olur. Bu barədə Tramp bazar günü İrlandiyada keçirilən Açıq turnirində jurnalistlərə açıqlamasında söyləyib: “Cənab Zelenski bir şey etməlidir. O, Rusiyanın dizel yanacağı ehtiyatlarını məhv etməyi dayandırmalıdır...Qoy hədəflərə hücum etsin, amma dizel yanacağına yox, çünki bu, dizel yanacağı qıtlığına səbəb olur."

Diqqətçəkən məqam ondan ibarətdir ki, Tramp Putini Rusiyanın beş ildir apardığı Ukraynaya qarşı səbəbsiz, tammiqyaslı müharibəyə son qoymağa çağırmayıb. Sadəcə bildirib ki, həftənin əvvəlində Putinlə "gözəl" söhbət etdiyini və Rusiya liderinin Ukraynadakı müharibəyə son qoymaq üçün razılığa gəlmək istədiyini bildirdi.

Qeyd edək ki, iyulun əvvəlində, Zelenski ilə görüşünün açıq hissəsində Tramp qeyd etdi ki, Ukraynanın Rusiya neft emalı zavodlarına endirdiyi zərbələr müharibənin sona çatmasına səbəb ola biləcək bir eskalasiyadır.

İlham

Digər xəbərlər