PDF Oxu

Siyasət

  • 390

Cənubi Qafqazda dayanıqlı sülhün əsas təminatçısı Azərbaycandır - AÇIQLAMA

image

“Hesab edir ki, Cənubi Qafqazda dayanıqlı sülhün əsas təminatçısı bölgənin reallıqlarını yaradan və sabitliyə real töhfə verən Azərbaycandır. Azərbaycan bu gün regionda təhlükəsizliyin, əməkdaşlığın və normallaşma prosesinin davam etməsi istiqamətində mühüm rol oynayır. Sülhün əsas qarantı da məhz Azərbaycandır”. Bu fikirləri "Muğan Düzü" Sosial İnkişaf İctimai Birliyinin Vidadi Quliyev mətbuata açıqlamasında bildirb. Təşkilat sədri təəssüflə qeyd edib ki, bəzi Avropa siyasi dairələri, xüsusilə Fransadakı müəyyən siyasi fiqurlar Azərbaycana qarşı birtərəfli və təxribat xarakterli yanaşmalar sərgiləyirlər. Bu cür mövqelər sülh prosesinə xidmət etmir, əksinə bölgədə etimad mühitinə mənfi təsir göstərir.

Vidadi Quliyev onu da bildirib ki, Ermənistanda revanşist çağırışların güclənməsi region üçün yeni təhlükələr yarada bilər: “Belə yanaşmalar ilk növbədə Ermənistanın özü üçün ağır nəticələrə səbəb ola və bölgədə sabitliyə ciddi zərbə vura bilər. Azərbaycan QHT-ləri olaraq hesab edirik ki, regionda davamlı sülhün və sabitliyin qorunması hamımız üçün vacib məsələdir və bu prosesə biganə qalmadığımızı nümayiş etdirmək mühüm əhəmiyyət daşıyır”.

Digər xəbərlər