PDF Oxu

Siyasət

  • 1 351

“Hazırda Azərbaycanda 4 mindən çox türk şirkəti fəaliyyət göstərir“ -CEYHUN BAYRAMOV

image

“Regional sahədəki göstəricilər arasında kifayət qədər böyük fərqlər var. İki ölkə arasındakı iqtisadi münasibətlərə nəzər salsaq, 2025-ci ildə ticarət dövriyyəsi 5 milyard dolları ötüb. 2026-cı ilin ilk səkkiz ayında isə bu göstərici artıq 2 milyard dollara çatıb”.
SİA xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Bakıda türkiyəli həmkarı Hakan Fidanla birgə mətbuat üçün brifinqdə deyib.Onun sözlərinə görə, qarşılıqlı investisiyaları da nəzərə alsaq, Azərbaycanın Türkiyədəki investisiyalarının həcmi 1 milyard dolları ötüb:”Eyni zamanda, Türkiyənin Azərbaycandakı investisiyalarının həcmi 18 milyard dollardan artıqdır.Hazırda Azərbaycanda 4 mindən çox türk şirkəti fəaliyyət göstərir. Bu şirkətlərin Azərbaycanda müxtəlif sahələrdə fəaliyyət göstərməsi iki ölkə arasında iqtisadi münasibətlərin yüksək səviyyədə olduğunun göstəricisidir”.

Müəllif: Günay Hacıyeva

Digər xəbərlər