PDF Oxu

Siyasət

  • 14

AZƏRBAYCAN İLƏ İORDANİYA ARASINDA YÜKSƏK SƏVİYYƏDƏ SİYASİ ƏLAQƏLƏR MÖVCUDDUR

AZƏRBAYCAN İLƏ İORDANİYA ARASINDA YÜKSƏK SƏVİYYƏDƏ SİYASİ ƏLAQƏLƏR MÖVCUDDUR
Dünən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev İordaniya Haşimilər Krallığının sənaye və ticarət naziri, Azərbaycan-İordaniya Hökumətlərarası birgə komissiyanın həmsədri Hani Əl-Mulkinin başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir.
Dövlətimizin başçısı Azərbaycan ilə İordaniya Haşimilər Krallığı arasında yüksək səviyyədə siyasi əlaqələrin olduğunu vurğuladı. Prezident İlham Əliyev ikitərəfli münasibətlərin inkişafında dövlət başçıları səviyyəsində həyata keçirilən qarşılıqlı səfərlərin əhəmiyyətini qeyd etdi. Dövlətimizin başçısı ölkələrimiz arasında iqtisadi sahədə əməkdaşlığı inkişaf etdirmək və sərmayə imkanlarını nəzərdən keçirmək üçün böyük planların olduğunu dedi. Azərbaycan-İordaniya Hökumətlərarası birgə komissiyanın Bakıda keçirilən iclasına toxunan dövlət başçısı bu iclasın gələcək əməkdaşlıq üçün önəmini qeyd etdi.
İordaniya Haşimilər Krallığının sənaye və ticarət naziri, Azərbaycan-İordaniya Hökumətlərarası birgə komissiyanın həmsədri Hani Əl-Mulki İordaniya Kralı II Abdullahın salamlarını və ən xoş arzularını dövlətimizin başçısına çatdırdı. O, ölkəmizdə keçirdiyi məhsuldar görüşlər barədə Azərbaycan Prezidentinə məlumat verdi.
Prezident İlham Əliyev İordaniya Kralı II Abdullahın salamlarına görə minnətdarlığını bildirdi, onun da salamlarını İordaniyanın dövlət başçısına çatdırmağı xahiş etdi.

Digər xəbərlər