PREZİDENT İLHAM ƏLİYEV BELARUS PREZİDENTİ ALEKSANDR LUKAŞENKOYA BAŞ SAĞLIĞI MƏKTUBU GÖNDƏRİB
Azərbacan Prezidenti İlham Əliyev Belarus prezidenti Aleksandr Lukaşenkoya Minsk metropolitnində torədilən terror aktı nəticəsində çoxsaylı insan təlafatı ilə bağlı başsağlığı məktubu göndərib. Məktubda deyilir:Hörmətli Aleksandr Qriqoryeviç, Minsk metropolitenində terror aktı nəticəsində çoxsaylı insan tələfatı haqqında xəbər məni dərindən sarsıtmışdır.
Biz terrorizmi onun bütün formalarında və təzahürlərində qətiyyətlə pisləyirik.
Azərbaycan xalqı adından və şəxsən öz adımdan Sizə, həlak olanların doğmalarına və yaxınlarına, bütün Belarus xalqına dərin hüznlə başsağlığı verirəm. Zərər çəkənlərin tezliklə sağalmasını arzu edirəm.