Rusiya Silahlı Qüvvələrinin 4-cü Motoatıcı Briqadasının komandiri, general-mayor Anton Qrunis öldürülməsi Rusiya ordusunda ciddi təlatüm yaradıb. Hərbçilər Ukraynanın təzyiq və ardıcıl hücumları qarşısında özlərini aciz və gücsüz hesab edirlər. Bu da ordu daxilində ruh düşkünlüyünə və mənəvi-psixoloji gərginliyin yaranmasına gətirib çıxarıb. Məlumata görə, general-mayor Anton Qrunis Rusiya Prezidenti Vladimir Putinə Konstantinovkanın nəzarətə götürülməsi barədə məlumat verdikdən qısa müddət sonra Ukraynaya ordusu tərəfindən öldürülüb.
Qeyd edək ki, 28 avqustda Rusiya Müdafiə naziri Andrey Belousovun 4-cü Motoatıcı Briqadasının komandiri, general-mayor Anton Qrunis ə "hərbi vəzifəsini yerinə yetirərkən göstərdiyi cəsarət və qəhrəmanlığa görə" ən yüksək dövlət mükafatını - Rusiya Qəhrəmanı Qızıl Ulduzunu təqdim etmişdirə
Anton Qrunis 1996-cı ildə, 17 yaşına çatmamış Kazan Suvorov Hərbi Məktəbini bitirib. O, Çeçenistanda və Gürcüstana qarşı müharibələrdə vuruşub.
2021-ci ildə general təqaüdə çıxıb, lakin Ukraynaya tammiqyaslı işğal başladıqdan sonra Rusiya ordusunun sıralarına qayıdıb. Onun komandanlığı altında Rusiya qüvvələr Baxmut və Kostyantinyovka istiqamətlərində fəaliyyət göstərib.
Qrunis tərəfindən idarə olunan 4-cü Ayrı-ayrı Motoatıcı Briqada (40318 saylı hərbi hissə) 2014-cü ildə qondarma "LPR"-ın qanunsuz silahlı dəstələrindən yaradılıb.
İlham