Yeni Azərbaycan Partiyası (YAP) Nərimanov rayon təşkilatında Vətən müharibəsi iştirakçısı, qazi Təbriz Həmidovun övladının 1-ci sinfə qədəm qoyması münasibətilə görüş keçirilib,
Görüş zamanı YAP Nərimanov rayon təşkilatının sədri Elçin Quliyev və Nərimanov rayon Ağsaqqallar Şurasının sədri-Vətən müharibəsi qəhrəmanı, baş leytenant şəhid Azad Hümbətovun atası Arif Hümbətov balaca məktəblini təbrik ediblər. Ona ilk dərs ilinin uğurlu olmasını, Vətəni üçün canını fəda etməyə hazır olan qazi övladının da həm təhsildə yüksək nailiyyətlər qazanmasını, həm də gələcəkdə Vətənə layiqli vətəndaş kimi yetişməsini arzu ediblər. Qeyd olunub ki, şəhid və qazi ailələrinin, onların övladlarının daim diqqətdə saxlanılması Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin həyata keçirdiyi siyasətin mühüm istiqamətlərindən biridir.
Vətən müharibəsi qazisi Təbriz Həmidov şəhid, qazi ailələrinə göstərilən diqqət və qayğıya görə Cənab Prezident İlham Əliyevə və birinci vitse-prezident Mehriban Əliyevaya minnətdar olduqlarını söyləyib.
Balaca məktəblimizə təşkilatımız adından hədiyyə təqdim olunub, ona möhkəm can sağlığı, uğurlu və parlaq gələcək arzulanıb!