PDF Oxu

Siyasət

  • 871

Azərbaycanın daxili işlərinə müdaxilə - ŞƏRH

image

İşğaldan azad olunmuş Qarabağ və Şərqi Zəngəzur Azərbaycanın suveren ərazisidir. Burada hər hansı tədbirin keçirilməsi, xarici qonaqların səfərlərinin təşkili Azərbaycanın müstəsna suveren hüququdur. Azərbaycanda akkreditə olunmuş diplomatik korpusun nümayəndələrinin Qarabağ və Şərqi Zəngəzura səfərinə Ermənistan cəmiyyətinin reaksiyası qəbuledilməzdir və təəssüf doğurur. Bəzi erməni dairələri hələ də reallığı qəbul etmək istəmir, Azərbaycanın öz ərazisində atdığı hər bir addımı əsassız iddialarla qarşılayır. Belə reaksiya Ermənistanın Azərbaycanın suverenliyini və ərazi bütövlüyünü tanıması ilə ziddiyyət təşkil edir. Bu, həm də Azərbaycanın daxili işlərinə kobud müdaxilədir. Ermənistan cəmiyyəti hansı haqla xarici diplomatları Azərbaycanın suveren ərazisində hərəkətinə görə linçləyir? Diplomatik korpusun son səfəri göstərir ki, onların təmsil etdikləri ölkələr birmənalı olaraq Azərbaycanın ərazi bütövlüyünü tanıyıb və dəstəkləyirlər.

Saday Qasımov
Azərbaycan Tibb Universitetinin 2-ci kurs tələbəsi

Digər xəbərlər