PDF Oxu

Siyasət

  • 967

Ağstafada partiya fəalının 65 illik yubileyi münasibətilə tədbir təşkil olunub - FOTOLAR

image

16 sentyabr 2026 - cı il tarixində YAP Ağstafa rayon təşkilatının əməkdaşları “Mədəniyyət işçiləri” Ərazi Partiya Təşkilatının üzvü, fəal partiyaçı Əmirova Midvari Dənyar qızının 65 illik yubileyi münasibətilə keçirilən tədbirdə iştirak ediblər.

Tədbirdə çıxış edən natiqlər – Ağstafa rayon Mədəniyyət Mərkəzinin direktoru Xuraman Əzimova, “Mədəniyyət işçiləri” Ərazi Partiya Təşkilatının sədri Gülgün Kərimov, YAP Ağstafa rayon təşkilatının sədr müavini Yalçın İsmayılov yubilyarı təbrik edərək, ona möhkəm can sağlığı, uzun ömür, səadət dolu günlər arzulayıblar.

Tədbirdə Midvari Əmirovaya Yeni Azərbaycan Partiyası Ağstafa rayon təşkilatı və Mədəniyyət İşçiləri Həmkarlar ittifaqı Ağstafa rayon komitəsi tərəfindən Fəxri Fərman, qiymətli hədiyyələr təqdim edilib.

Partiya fəalı ona göstərilən diqqət və qayğıya görə öz minnətdarlığını bildirib.

Sonda yubiliyarla xatirə şəkilləri çəkilib.

Digər xəbərlər