PDF Oxu

Siyasət

  • 1 155

Keniya Senatının sədri Azərbaycan parlamenti ilə əməkdaşlığın inkişaf tempindən razılığını ifadə edib

image

Sentyabrın 16-da Azərbaycanın Keniyadakı səfiri Sultan Hacıyev və Keniya Respublikası Senatının sədri Amason Jeffah Kingi arasında görüş keçirilib.

Səfirlikdən SİA-ya bildirilib ki, Sultan Hacıyev ötən dövr ərzində Azərbaycan və Keniya arasında münasibətlərin dinamik inkişafından söhbət açıb. Keniya Senatında parlamentlərarası dostluq qrupunun, eyni zamanda, Azərbaycanın Milli Məclisində əlaqələr üzrə işçi qrupununtəsis olunmasını iki ölkə arasında münasibətlərində mühüm mərhələ olduğunu vurğulayıb.

Senatın sədri A. J. Kingi qanunverici orqanlar arasında əməkdaşlığın inkişaf tempindən razılıq ifadə edib. Keniya Prezidenti Uilyam Samoei Rutonun WUF13-də iştirak etmək üçün Bakıya səfərinin bu kontekstdə əhəmiyyətini qeyd edib. Əlavə edib ki, ikitərəfli iş birliyi ilə bərabər parlamentlərinbeynəlxalq arenada, o cümlədən Qoşulmama Hərəkatı və Parlamentlərarası İttifaq çərçivəsində səmərəli əməkdaşlığının inkişafı hər iki ölkənin maraqlarına xidmət edir.

Digər xəbərlər