İqlim dəyişikliklərinin mədəni irs abidələrinə, xüsusilə tarixi-dini abidələrə təsiri məsələsi COP29 çərçivəsində də müzakirə olunub.SİA xəbər verir ki, bunu mədəniyyət naziri Adil Kərimli “Tarixi-dini abidələrin qorunması: çağırışlar və perspektivlər” mövzusunda konfransda deyib.Nazirin sözlərinə görə, iqlim dəyişikliklərinin mədəni irsə təsirlərinin qarşısının alınması və abidələrin qorunmasının təmin edilməsi istiqamətində həm milli, həm də qlobal səviyyədə müvafiq tədbirlər görülür.Adil Kərimli qeyd edib ki, bu məsələyə xüsusi yanaşma tələb olunur və tarixi-dini abidələrin gələcək nəsillər üçün qorunması istiqamətində fəaliyyət davam etdirilir.
Müəllif: Günay Hacıyeva