PDF Oxu

Siyasət

  • 976

“Azərbaycanda dini abidələrin və mədəni irsin qorunması istiqamətində genişmiqyaslı işlər həyata keçirilir“ -GÜLÇÖHRƏ MƏMMƏDOVA

image

Dini abidələr Azərbaycan memarlıq irsinin mühüm hissəsidir.SİA xəbər verir ki, bunu Azərbaycan Memarlıq və İnşaat Universitetinin rektoru Gülçöhrə Məmmədova Mədəniyyət Nazirliyi və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin birgə təşkilatçılığı ilə keçirilən “Tarixi-dini abidələrin qorunması: çağırışlar və perspektivlər” mövzusunda konfransda deyib.O qeyd edib ki, Memar Əcəmi Naxçıvaninin 900 illik yubileyinin keçirilməsi memarlıq irsinə, onun qorunmasına və tədqiqinə diqqətin artırılması baxımından mühüm əhəmiyyət daşıyır.“Dini abidələr, dini memarlıq abidələri memarlıq irsimizin ən əhəmiyyətli, ən mühüm hissəsidir. Keçmiş əsrlərdən bizə qalan memarlıq nümunələri arasında sayına və memarlıq əhəmiyyətinə görə məhz dini abidələr xüsusi yer tutur”, - deyə rektor bildirib.G.Məmmədovanın sözlərinə görə, müharibələr və silahlı münaqişələr zamanı dini abidələr daha çox dağıntılara məruz qalır. O bildirib ki, Qarabağ və Şərqi Zəngəzurda işğal dövründə baş verənlər də bunu təsdiqləyir.O vurğulayıb ki, dini abidələrin əhəmiyyəti yalnız milli ideologiyanın və mənəviyyatın göstəricisi olması ilə məhdudlaşmır.“Onlar eyni zamanda memarlığımızın ən gözəl və dəyərli nümunələri, Azərbaycanın inşaat sənətinin qiymətli örnəkləridir. Onları qorumaq, onlara diqqət yetirmək bizim borcumuzdur”, - deyə o qeyd edib.Bildirilib ki, Azərbaycanda dini abidələrin və mədəni irsin qorunması istiqamətində genişmiqyaslı işlər həyata keçirilir. Xüsusilə işğaldan azad edilmiş Qarabağ və Şərqi Zəngəzurda bu istiqamətdə mühüm layihələr icra olunur.

Müəllif: Günay Hacıyeva

Digər xəbərlər