PDF Oxu

Siyasət

  • 230

Çalov kəndində şəhid ailəsi ziyarət olunub - FOTOLAR

image

Qobustan rayonunun Çalov kəndindən olan şəhid Vüsal Şəhriyarovun anası Tatış Ananın 45 yaşı tamam olur. Bu münasibətlə YAP Qobustan rayon təşkilatının əməkdaşları onunla evində görüş keçirib. Şəhid anasına YAP Qobustan rayon təşkilatı adından xatirə hədiyyəsi təqdim olunub. Görüşdə YAP Qobustan rayon təşkilatının əməkdaşları Elməddin Hüseynov, Ramin Məmmədov, Həzərxan Nəbiyev, “Şəhər” ƏPT-nın sədri Səyid Rəhimov, Qobustan rayon icra hakimiyyəti başçısının Qobustan şəhəri üzrə nümayəndəsi Məzahir Mahmudov və Qobustan bələdiyyəsinin sədri Vasif Zamanov iştirak etmişlər.

Təbii ki, bir Ananın övladına bəxş etdiyi ən böyük miras Vətən sevgisidir. Vüsal Şəhriyarovun Vətən uğrunda göstərdiyi qəhrəmanlıq və fədakarlıq isə Anasının ona aşıladığı bu müqəddəs sevginin ən uca təcəssümüdür.

Görüş zamanı çıxış edən Tatış ananı təbrik edib, ona can sağlığı, səbir, güc və uzun ömür arzulayblar: “Təbiət Ata ilə birgə firavan, qoşa ömür sürməyi diləyirik. Sizin qürurunuz bizim də qürurumuzdur. Başınız daim uca olsun!”

Şəhidlərimizin ruhu daim şad olsun! Amin!

Digər xəbərlər