PDF Oxu

Siyasət

  • 953

Tarixi Qələbə, bərpa olunan Suverenlik - ŞƏRH

image

18 sentyabr 2026-cıl il tarixində “Şəhərsalma və Memarlıq İli” çərçivəsində Yeni Azərbaycan Partiyası Ağstafa rayon təşkilatı tərəfindən “Ağstafa şəhər Təhsil işçiləri”, “Ağstafaçay HQİİ”, “Yol İstismarı idarəsi”, “Ağstafa Su Meliorasiya Sistemlərinin İstismarı idarəsi”, “Ağstafa GEM”, “Gənclər və İdman idarəsi” və “Qaz İstismarı idarəsi” Ərazi Partiya Təşkilatlarından olan partiya fəallarının iştirakı ilə “20 sentyabr – Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günü”nə, “20 sentyabr – Dövlət Suverenliyi Günü”nə və “19-20 sentyabr 2023-cü il tarixli antiterror əməliyyatı”na həsr olunmuş tədbir keçirilib.

Əvvəlcə müasir müstəqil Azərbaycan dövlətinin banisi, ümummilli lider Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbiri giriş sözü ilə açan YAP Ağstafa rayon təşkilatının sədr müavini Yalçın İsmayılov qeyd edib ki, Azərbaycan xalqının müasir tarixində 20 sentyabr xüsusi əhəmiyyətə malik tarixi günlərdən biridir. Bu tarix həm Dövlət Suverenliyi Günü, həm Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günü, həm də 2023-cü ilin 19–20 sentyabr tarixlərində həyata keçirilmiş lokal xarakterli antiterror tədbirlərinin uğurla başa çatmasının rəmzi kimi qeyd olunur.

Tədbirdə çıxış edən digər natiqlər – “Gənclər və İdman İdarəsi” Ərazi Partiya Təşkilatının sədri Turan Hüseynov, “Ağstafa şəhər Təhsil işçiləri” Ərazi Partiya Təşkilatının sədr müavini Sahilə Xəlilova, “Ağstafa GEM” Ərazi Partiya Təşkilatının fəal üzvü Nurlanə Zeynalova və Ağstafa Gənclər Evi Sosial Xidmət müəssisəsinin metodisti Kifayət Əlisgəndərova bildiriblər ki, 20 sentyabr tarixi Azərbaycan xalqının qətiyyətinin, dövlətimizin gücünün və milli birliyinin təcəssümüdür. Bu gün həm keçmiş qələbələrimizi xatırlamaq, həm də gələcəyə inamla baxmaq üçün mühüm fürsətdir. Dövlət suverenliyinin qorunması və möhkəmləndirilməsi hər bir vətəndaşın müqəddəs vəzifəsi olaraq qalır. Azərbaycanın müstəqilliyi, ərazi bütövlüyü və dövlət suverenliyi əbədidir. Bu dəyərlər uğrunda qazanılmış tarixi nailiyyətlər xalqımızın qürur mənbəyi olmaqla yanaşı, gələcək nəsillər üçün də örnəkdir.

Digər xəbərlər