PDF Oxu

Siyasət

  • 17

Azərbaycan çox mötəbər beynəlxalq tədbirlərin keçirildiyi məkana çevrilib

Azərbaycan çox mötəbər beynəlxalq tədbirlərin keçirildiyi məkana çevrilib
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 6-da Avropa Şurasının sabiq baş katibi, Dünya İctimai Forumunun Beynəlxalq Əlaqələndirmə Komitəsinin sədri Valter Şvimmeri qəbul edib. Valter Şvimmer Azərbaycanda keçiriləcək Dünya Mədəniyyətlərarası Dialoq Forumunda iştirakından məmnunluq hissi keçirdiyini bildirdi. Bakıya hər səfərində böyük quruculuq işlərinin şahidi olduğunu vurğulayan Valter Şvimmer bunu Azərbaycanın davamlı iqtisadi inkişafının göstəricisi kimi dəyərləndirdi. Dünya Mədəniyyətlərarası Dialoq Forumunun əhəmiyyətinə toxunan dövlətimizin başçısı Forumda çoxlu sayda ölkələri təmsil edən nümayəndələrin iştirakını qeyd edərək, Azərbaycanın çox mötəbər beynəlxalq tədbirlərin keçirildiyi bir məkana çevrildiyini vurğuladı. Prezident İlham Əliyev Azərbaycanın iqtisadi sahədə böyük uğurlar qazandığını, bu inkişafın paytaxtı və bütün regionları əhatə etdiyini bildirdi.

Digər xəbərlər