PDF Oxu

Siyasət

  • 12

Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu beynəlxalq əməkdaşlığın genişləndirilməsi baxımından əhəmiyyətlidir

Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu beynəlxalq əməkdaşlığın genişləndirilməsi baxımından əhəmiyyətlidir
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 6-da Krans Montana Forumunun təsisçisi və prezidenti Jan Pol Karteronu qəbul edib. Jan Pol Karteron xalqımızın ümummilli lideri Heydər Əliyev ilə görüşlərini məmnunluqla xatırladı. O, ölkəmizlə və xalqımızla bağlı xoş təəssüratlarını dövlətimizin başçısına çatdırdı. Azərbaycanda keçiriləcək Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda iştirak edəcəyini deyən Jan Pol Karteron bu tədbirin beynəlxalq əməkdaşlığın genişləndirilməsi baxımından əhəmiyyətini vurğuladı. Bakıda keçiriləcək Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun önəmini vurğulayan Prezident İlham Əliyev forumun sivilizasiyalararası əməkdaşlığın möhkəmləndirilməsinə, xalqların bir-birinə daha da yaxınlaşmasına töhfə verəcəyinə əminliyini bildirdi.

Digər xəbərlər