"Hər hansı bir strateji coğrafiyanın özünəməxsus üstünlükləri ola bilər. Ancaq bu üstünlüklər istifadə edilmədikcə, sadəcə potensial olaraq qalır". Bu fikirləri SİA-ya açıqlamasında Milli Məclisin deputatı Hikmət Babaoğlu deyib.Onun sözlərinə görə, Cənubi Qafqaz regionu tarixən həmişə Türküstan coğrafiyası ilə Ön Asiya arasında mühüm coğrafiya kimi mövcud olubdur: "Amma 200 ilə yaxın bir müddətdir ki, bu coğrafiyanın təbii potensialından istifadə edilməyib. Çünki coğrafiyada diqqət çəkən güc mərkəzləri bunu istəmirdilər.Ancaq bugün həmin tarixi potensial real imkanlara çevrilir. Həm iqtisadi imkanlara, həm kommunikasiya imkanlarına, həm də bağlantı imkanlarına. Demək, bu, Azərbaycanın yaratdığı yeni reallıqlarla bağlıdır.Yeni Azərbaycan regionun söz sahibinə çevrildikdən sonra yaratdığı yeni reallıqlar bu tarixi potensialın reallaşması, həyata keçirilməsi üçün imkanlar yaradıb.Ona görə də mən düşünürəm ki, Azərbaycan Prezidenti məhz bu mesajı Türk Dövlətləri Təşkilatının Təhlükəsizlik Şurası katibləri ilə görüşündə verməklə diqqəti yeni reallığa çəkmiş oldu və bu reallığı hazırda həm ümumi təhlükəsizlik arxitekturası kontekstində, həm də iqtisadi və geosiyasi strateji dividendlər kontekstində diqqətə təqdim etmiş oldu.Ona görə də mən düşünürəm ki, bu reallıq, heç şübhəsiz ki, regional inkişafa və Türk Dövlətləri Təşkilatının gələcək perspektivlərinə mühüm strateji təsir göstərəcəkdir".
Müəllif: Lətifə Musayeva