PDF Oxu

Siyasət

  • 1 181

"Azərbaycan müasir hərb tarixində yeni ənənənin əsasını qoydu" - HƏRBİ EKSPERT

image

"2020-ci ildən başlayaraq Azərbaycan dünya hərb tarixində yeni bir ənənənin əsasını qoydu. Sürətli, minimum qruplar şəklində, hədəfləri dəqiq məhv etmək bacarığına və imkanına malik olan silah və texnikalardan istifadə etməklə düşməni geri oturtmaq, düşməni məğlub olmağa məcbur etmək kimi ənənənin bünövrəsini qoydu". Bu sözləri SİA-ya açıqlamasında Xəzər Müdafiə Tədqiqatları Mərkəzinin rəhbəri, hərbi ekspert Ramil Məmmədli deyib.Onun sözlərinə görə, 2023-cü ildə isə sözün əsl mənasında, Azərbaycan Silahlı Qüvvələrinin keçirdiyi hərbi əməliyyat təkcə qarşıya qoyulan tapşırıqları deyil, ümumiyyətlə, Cənubi Qafqazda, regionda separatçılığa qarşı necə davranılmalı olduğunun göstəricisi idi:"Silahlı Qüvvələrimizin bu əməliyyatı, əlbəttə ki, 2023-cü ildəki antiterror əməliyyatı Vətən müharibəsinin davamı idi. Vətən müharibəsindən sonra Azərbaycan Silahlı Qüvvələri buna qədər bir neçə antiterror əməliyyatı həyata keçirmişdilər, kiçik əməliyyatlar həyata keçirmişdilər. Amma bu əməliyyat antiterror adlansa da, böyük bir ərazidə düşmənin məhv edilməsi, mövqelərinin sıradan çıxarılması, onu məğlub olmağa, təslim olmağa məcbur etmək kimi özünəməxsus bir əməliyyat hərbi üstünlüyü ortaya qoydu.Bu, həm də dünya ictimaiyyətinə onu göstərdi, onu təqdim etdi ki, əgər dövlət öz ərazilərini işğaldan azad etmək istəyirsə və bunun üçün resursları varsa, bunu ancaq özü həyata keçirməlidir.Azərbaycan əslində həm Vətən müharibəsi ilə, həm də antiterror əməliyyatı ilə bütün dünya ictimaiyyətinə göstərdi ki, məqsədinə nail olmaq üçün lazım olan bütün addımları özü həyata keçirə bilir".

Müəllif: Lətifə Musayeva

Digər xəbərlər