Sentyabrın 21-də YAP Samux rayon təşkilatı tərəfindən uzun illər rayon təşkilatının ictimai-siyasi həyatında fəallıq göstərmiş partiya veteranı Camalov Nəzər Məmməd oğlunun 60 illik yubileyi münasibətilə görüş keçirilib.
YAP Samux rayon təşkilatının sədri Gündüz Bayramov yubilyarı təbrik edərək ona möhkəm cansağlığı, uzun ömür arzulayıb. G.Bayramov, partiya veteranının Ümummilli Lider Heydər Əliyev ideyalarının və zəngin dövlətçilik irsinin gənc nəslə aşılanması, prezident İlham Əliyevin siyasətinin təbliği istiqamətində səmərəli fəaliyyəti ilə fərqləndiyini qeyd edib.
Yubilyar göstərilən diqqətə və qayğıya görə təşəkkürünü bildirib, Yeni Azərbaycan Partiyası sıralarında təmsil olunması və uzun illər partiyanın təbliğatındakı fəaliyyətinin onun üçün böyük qürur olduğunu söyləyib.
Sonda yubilyar partiya dəyərlərinin təbliğində aktiv iştirakına görə rayon təşkilatı tərəfindən fəxri fərmanla təltif edilib və qiymətli hədiyyə təqdim olunub.