PDF Oxu

Siyasət

  • 662

Mənəvi birlik və qarşılıqlı yaxınlıq

image

Bu gün türk dövlətlərinin qarşısında böyük imkanlar var. 17 sentyabr tarixində Bakıda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Türk Dövlətləri Təşkilatının (TDT) Baş katibi Kubanıçbek Ömüralıyevi, Türkiyə, Özbəkistan, Qırğızıstan, Qazaxıstan və Şimali Kipr Türk Respublikasının təhlükəsizlik şuralarının rəhbərlərini qəbul edib. Görüş TDT Təhlükəsizlik Şuraları Katiblərinin 5-ci iclası çərçivəsində baş tutub. Türk Dövlətləri Təşkilatının qarşısında duran əsas məsələlərdən biri onun beynəlxalq mövqeyinin daha da gücləndirilməsidir. İlham Əliyevin çıxışında qeyd etdiyi kimi, təşkilata üzv dövlətlərin daxili siyasi və iqtisadi sabitliyi, geostrateji mövqeyi, gənc əhalisi, nəqliyyat-logistika imkanları, təbii resursları, eləcə də hərbi və hərbi-texniki sahədə artan potensialı TDT-ni qlobal arenada mühüm aktora çevirir. Azərbaycanın TDT çərçivəsində fəal təşəbbüsləri də bu prosesin mühüm hissəsidir. Qeyri-rəsmi Zirvə görüşlərinin keçirilməsinin təşəbbüsçüsü kimi Azərbaycan dövlət başçıları arasında daha sıx məsləhətləşmələrin aparılmasına və ortaq qərarların qəbuluna şərait yaradır. İlham Əliyevin sözləri ilə desək, dünyada proseslərin sürətlə dəyişdiyi bir şəraitdə dövlət başçılarının daha tez-tez görüşməsi və bir-birinin fikirlərini öyrənməsi mühüm məsələlərdəndir.

Prezident İlham Əliyev çıxışında TDT-nin mühüm üstünlüklərindən birinin ortaq etnik köklərə, dilə, mədəniyyətə və ənənələrə malik ölkələri bir araya gətirməsi olduğunu vurğuladı. Dövlətimizin başçısının qeyd etdiyi kimi, belə mənəvi birlik və qarşılıqlı yaxınlıq dövlətlərarası əlaqələrin möhkəmlənməsində mühüm rol oynayır. Məhz bu amillər Türk Dövlətləri Təşkilatını yalnız siyasi və iqtisadi əməkdaşlıq platforması deyil, həm də xalqlarımızı bir-birinə daha sıx bağlayan mühüm birlik məkanı kimi səciyyələndirir.

Müasir dünyada təhlükəsizlik məsələləri dövlətlərin dayanıqlı inkişafının əsas şərtlərindən birinə çevrilib. Prezident İlham Əliyev çıxışında TDT-nin uğurlu inkişafının mühüm amillərindən biri kimi üzv ölkələrin ərazilərində sabitliyin, sülhün və təhlükəsizliyin hökm sürməsini xüsusi qeyd edib. Dövlətimizin başçısı vurğulayıb ki, sabitlik və təhlükəsizlik olmadan heç bir ölkənin davamlı inkişafı mümkün deyil.

İntiqam Quliyev

YAP Ağdam rayon təşkilatının sədr müavini

YAP Ağdam rayon təşkilatının sədr müavini İntiqam Quliyev

Digər xəbərlər