Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi Gürcüstanın suverenliyini və ərazi bütövlüyünü dəstəklədiyini bir daha təsdiqləyir və Gürcüstanın Tsxinvali bölgəsində (Cənubi Osetiya - red.) keçirilmiş qondarma "prezident seçkiləri"ni, həmçinin onların nəticələrini tanımır.
SİA xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyinin Gürcüstanın Tsxinvali bölgəsində keçirilmiş qondarma "prezident seçkiləri"nə dair bəyanatında bildirilib.
Mətləb