PDF Oxu

Siyasət

  • 11

Prezident bir sıra Sərəncamlar imzalayıb

Prezident bir sıra Sərəncamlar imzalayıb
Prezident İlham Əliyev Bakı şəhəri Nizami rayonunun Keşlə qəsəbəsində yeni ümumtəhsil məktəbi binasının tikintisi ilə bağlı tədbirlər haqqında Sərəncam imzalayıb. Prezidentin Sərəncamında deyilir ki, Bakı şəhərinin Nizami rayonu İcra Hakimiyyətinə Keşlə qəsəbəsində 640 şagirdlik yeni ümumtəhsil məktəbi binasının tikintisi üçün Azərbaycan Respublikasının 2011-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan 2,0 (iki) milyon manat məbləğində vəsait ayrılsın, Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci hissəsində nəzərdə tutulmuş vəsaitin maliyyələşdirilməsini müəyyən olunmuş qaydada təmin etsin. Bundan başqa ölkə Prezidenti Bakı şəhəri Xətai rayonunun Əhmədli qəsəbəsində yeni xəstəxananın tikintisi ilə bağlı tədbirlər haqqında da Sərəncam imzalayıb. Prezidentin Sərəncamında qeyd olunur ki, Bakı şəhərinin Xətai rayonu İcra Hakimiyyətinə Əhmədli qəsəbəsində yeni xəstəxananın tikintisinə başlanılması üçün Azərbaycan Respublikasının 2011-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan 1,5 milyon (bir milyon beş yüz min) manat məbləğində vəsait ayrılsın, Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci hissəsində nəzərdə tutulmuş vəsaitin maliyyələşdirilməsini müəyyən olunmuş qaydada təmin etsin. Prezident İlham Əliyev Bakı şəhəri Suraxanı rayonunun Bülbülə qəsəbəsində yeni ümumtəhsil məktəbi binasının tikintisi ilə bağlı tədbirlər haqqında da Sərəncam imzalayıb. Bu Sərəncamda deyilir ki, Bakı şəhərinin Suraxanı rayonu İcra Hakimiyyətinə Bülbülə qəsəbəsində 640 şagirdlik yeni ümumtəhsil məktəbi binasının tikintisi üçün Azərbaycan Respublikasının 2011-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan 2,0 (iki) milyon manat məbləğində vəsait ayrılsın, Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci hissəsində nəzərdə tutulmuş vəsaitin maliyyələşdirilməsini müəyyən olunmuş qaydada təmin etsin.

Digər xəbərlər