PDF Oxu

Siyasət

  • 558

Fransaya casusluq ittihamı ilə məhkum olunan Martin Ryan əfv edilib - FOTO

image

Ulu Öndər Heydər Əliyevin humanistliyə, xeyirxahlığa əsaslanan siyasətini Fateh Sərkərdə, ölkə Prezidenti İlham Əliyev uğurla davam etdirir. 2003-cü ildən başlayaraq Prezident İlham Əliyevin əfv haqqında imzaladığı fərman və sərəncamlar minlərlə məhkumun əfv olunmasına səbəb olub. Prezident İlham Əliyevin 2023-cü il mayın 8-də "Məhkum edilmiş bir sıra şəxslərin Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin 100 illik yubileyi münasibətilə əfv olunması haqqında" Sərəncamı müstəqillik tarixində ən böyük əfv aktı idi və humanizm prinsipinin aliliyini təzahürinə çevrildi. Sərəncama əsasən, 801 məhkum əfv olundu, onlardan 463 şəxs azadlıqdan məhrum etmə cəzasından, 220 şəxs azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş hissəsinin yarısından, 118 nəfər azadlıqdan məhrum etmə ilə bağlı olmayan digər cəzalardan (azadlığın məhdudlaşdırılması, islah işləri, cərimə cəzaları və cəzaya şərti məhkum edilmiş şəxslər) azad edildi. Xüsusilə qeyd etmək lazımdır ki, əfv edilmiş məhkumlardan 14-ü əcnəbi idi. Bu gün, yəni sentyabrın 23-də Prezident İlham Əliyev hümanizm dəyərlərini rəhbər tutaraq imzaladığı “Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında” Sərəncamənda Azərbaycan Respublikasının vətəndaşları ilə yanaşı xarici ölkələrin vətəndaşlarının da adları yer alır. Onlardan bir də Fransa vətəndaşı,iş adamı Martin Ryandır. Onun əməli məhkəmə tərfindən tam sübüta yetirilmiş və 10 il müddətinə azadlıqdan məhrum edilmə cəzasına məhkum edilmişdir. Müraciətləri və xahişləri nəzərə alan Azərbaycan Prezidenti İlham Əliyev böyüklük və hümanistlik göstərərək Martin Ryanın əvf edilməsi barədə Sərəncam imzalayıb. Yəqin ki, bundan sonra Martin Ryan səhvlərini anlayacaq və bir daha təsir altına düşməyəcək. Həm də Azərbaycanın azad, demokratik dövlət, xalqının xeyirxah, Liderinin hümanist Lider olduğunu anlayacaq və həyatının sonrakı dönəmində ona göstərilən xeyirxah münasibətə uyğun həyatını yaşamağa çalışacaq.

İlham

Digər xəbərlər