PDF Oxu

Siyasət

  • 946

Ürəklərdə yaşayanlar - FOTO

image

Astara rayonunun Şəmətük kəndində dünyaya göz açan Samrad İkram oğlu Eynəliyev həyatı dərk edən gündən Vətənini canında əziz bilib, çətin anda onun yolunda şəhid olmağı da bacarıb. Belə ki, 2023-cü ilin sentyabrında keçirilmiş lokal xarakterli antiterror tədbirləri zamanı son damla qanına qədər yağıya qarşı döyüşərək şəhidlik zirvəsinə ucalıb. Astaralılar öz qəhrəman oğlunu heç vaxt unutmur, onun adını həmişə müqəddəs bilirlər.
Bu günlər şəhid Samrad Eynəliyevin anım mərasimi keçirilib.
Anım mərasimində YAP Astara rayon təşkilatının sədr müavini Vüqar Abbasov və əməkdaşları, Astara Rayon İcra Hakimiyyəti aparatının sektor müdiri Nihad Allahverdiyev, Kijəbə qəsəbəsi üzrə İcra Nümayəndəsi Firudin Əhmədov, rayon ictimaiyyətinin nümayəndələri, şəhid ailələri, qazilər, kənd sakinləri və digər qonaqlar iştirak ediblər.
Tədbir iştirakçıları şəhid Samrad Eynəliyev məzarını ziyarət edərək üzərinə gül dəstələri qoyub, əziz xatirəsini dərin ehtiramla anıblar.
Çıxış edənlər Azərbaycan Respublikasının ərazi bütövlüyünün və suverenliyinin bərpası uğrunda şəhidlərin göstərdiyi qəhrəmanlıq və fədakarlığın xalqımız tərəfindən daim yüksək qiymətləndirildiyini vurğulayıb, onların əziz xatirəsinin yaşadılması, eləcə ailələrinə diqqət və qayğı göstərilməsi dövlətimizin və cəmiyyətimizin qarşısında duran mühüm vəzifələrdən olduğunu bildiriblər.
Şəhidin ailə üzvlərinə başsağlığı verilib, Samrad Eynəliyevin keçdiyi şərəfli döyüş yolu və göstərdiyi şücaətin gələcək nəsillər üçün örnək olduğu deyilib.

Zəfər Orucoğlu,

Azərbaycan Jurnalistlər Birliyinin üzvü

Digər xəbərlər