Azərbaycanın Sənaye Potensialının Yeni Mərhələsi: Dağ-Mədən və Metallurgiyanın İnkişaf Strateqiyası Prezident İlham Əliyevin rəhbərliyi ilə "Azərbaycan Respublikasında 2027–2030-cu illərdə dağ-mədən (metal filizləri) və metallurgiya sənayesinin inkişafına dair Dövlət Proqramı"na həsr olunmuş müşavirə keçirilmişdir. Bu mühüm tədbirdə ölkə iqtisadiyyatının qeyri-neft sektorunun dinamik inkişafı, təbii ehtiyatların səmərəli istifadəsi və regional sənaye mərkəzlərinin yaradılması istiqamətində strateji addımlar müəyyənləşdirilmişdir.
Ölkədə həyata keçirilən uzunmüddətli iqtisadi islahatlar qeyri-neft sektorunun payının davamlı olaraq artmasını təmin edir. Son dövrlərdə qəbul edilmiş dövlət proqramları yalnız mövcud potensialı qorumağa deyil, həm də yeni istehsal sahələrinin yaradılmasına və ixrac imkanlarının genişləndirilməsinə xidmət edir. Dağ-mədən və metallurgiya sənayesi ölkənin iqtisadi dayanıqlığını artıran əsas sütunlardan biridir. Qəbul edilən yeni strategiyalar xammal bazasının emal zəncirinə inteqrasiya olunmasını və yüksək əlavə dəyər yaradan son məhsul istehsalını hədəfləyir.
Sənaye və iqtisadi artımla yanaşı, əhalinin yaşam standartlarının yüksəldilməsi dövlət siyasətinin mərkəzində dayanır. Ölkə daxilində sosial infrastrukturun yaxşılaşdırılması - yeni məktəblərin, tibb müəssisələrinin, nəqliyyat və kommunikasiya xətlərinin inkişaf etdirilməsi layihələri uğurla davam etdirilir. Sənayeləşmə prosesi regionlarda yeni iş yerlərinin açılması ilə yanaşı, həmin ərazilərin sosial-iqtisadi infrastrukturunun da müasir standartlara uyğunlaşdırılmasına təkan verir.
Naxçıvan Muxtar Respublikasının zəngin təbii resurs potensialı ölkənin ümumi dağ-mədən xəritəsində xüsusi yer tutur. Regionun mineral-xammal bazasının tam qiymətləndirilməsi və yeni yataqların aşkar edilməsi məqsədilə gələn ildən etibarən genişmiqyaslı geoloji kəşfiyyat işlərinə start veriləcək. Bu təşəbbüs Muxtar Respublikanın iqtisadi müstəqilliyini daha da möhkəmləndirəcək və regionda yeni emal müəssisələrinin qurulmasına şərait yaradacaq.
Ölkənin qərb zonasının zəngin filiz ehtiyatlarından səmərəli istifadə etmək məqsədilə Qərb Sənaye Parkının yaradılması nəzərdə tutulur. Bu parkın əsas yaradılma məqsədi dağ-mədən və metallurgiya sənayesi üzrə klasterləşməni təmin etmək, xammalın hasilatından hazır metallurgiya məhsulunun istehsalına qədər olan bütün mərhələləri tək bir mərkəzdə cəmləşdirməkdir. Park modern texnologiyaların tətbiqi, xarici investisiyaların cəlb edilməsi və minlərlə yeni ixtisaslı iş yerinin yaradılması üçün strateji platforma rolunu oynayacaq.
Eldar Əsədov
YAP Tərtər rayon təşkilatının sədri