Azərbaycanın son illərdə əldə etdiyi sosial-iqtisadi nailiyyətlər ölkədə həyata keçirilən ardıcıl və məqsədyönlü dövlət siyasətinin nəticəsi kimi diqqəti cəlb edir. İqtisadi potensialın gücləndirilməsi ilə yanaşı, əhalinin həyat şəraitinin yaxşılaşdırılması, yaşayış məntəqələrinin müasir infrastrukturla təmin edilməsi və sosial xidmətlərin əlçatanlığının artırılması dövlət siyasətinin mühüm istiqamətlərindən birini təşkil edir. Bu baxımdan sosial infrastruktur layihələrinin ardıcıl şəkildə həyata keçirilməsi ölkənin ümumi inkişaf mənzərəsinin mühüm göstəricilərindəndir. Bu gün ölkəmizin bütün bölgələrində sosial infrasturuktur layihələri uğurla icra olunur, şəhərə və kəndlərimizin siması əsaslı şəkildə dəyişir. Bu sahədə görülən işlər insanların gündəlik həyatına birbaşa təsir göstərən geniş tədbirlər sistemini əhatə edir. Məktəblərin və tibb müəssisələrinin müasir standartlara uyğunlaşdırılması, nəqliyyat imkanlarının yaxşılaşdırılması, yaşayış məntəqələrinin kommunal xidmətlərlə təmin olunması və digər layihələr əhalinin sosial rifahının yüksəldilməsində mühüm rol oynayır.
Saday Qasımov
Azərbaycan Tibb Universitetinin 2-ci kurs tələbəsi