PDF Oxu

Siyasət

  • 509

Qəhrəmanların xatirəsi xalqın yaddaşında əbədidir - ŞƏRH

image

24 sentyabr 2026-cı il tarixində Yeni Azərbaycan Partiyası Ağstafa rayon təşkilatı tərəfindən “27 Sentyabr – Anım Günü” münasibətilə Köçvəlili kənd qəbirstanlığında şəhidlərimizin əziz xatirələri yad olunub.

Yeni Azərbaycan Partiyası Ağstafa rayon təşkilatının sədri Etibar Hacıyev, şəhid ailələri və rayon ictimaiyyətinin nümayəndələri şəhidlərimizin məzarlarını ziyarət ediblər, önlərinə gül dəstələri düzüblər və ruhlarına dualar oxuyublar.

Tədbir çərçivəsində şəhidlərimizin ailə üzvləri ilə də söhbət aparılıb, onların qayğıları ilə maraqlanılıb, dərin hüzünlə başsağlığı verilib.

Şəhidlərimizin ailələri dövlət səviyyəsində onlara göstərilən diqqət və qayğıya görə cənab Prezident, Ali Baş Komandan İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildiriblər.

Digər xəbərlər