PDF Oxu

Siyasət

  • 444

Sənayeləşmə siyasətinin yeni mərhələsinin konturlarını müəyyən olunur - ŞƏRH

image

Cənab Prezident İlham Əliyevin sədrliyi ilə keçirilən “Azərbaycan Respublikasında 2027-2030-cu illərdə dağ-mədən (metal filizləri) və metallurgiya sənayesinin inkişafına dair Dövlət Proqramı”na həsr olunmuş müşavirə ölkənin qeyri-neft sektorunun gələcək inkişafında strateji dönüş nöqtəsi kimi yadda qaldı. Dövlət başçısının tədbirdəki çıxışı sənayeləşmə siyasətinin yeni mərhələsinin konturlarını müəyyən etməklə yanaşı, mövcud potensialın dəyərləndirilməsi, ixrac imkanlarının genişləndirilməsi və əlavə dəyər zəncirinin yaradılması istiqamətində mühüm hədəfləri ortaya qoydu. Qlobal iqtisadi çağırışlar fonunda strateji əhəmiyyət daşıyan bu sahənin kompleks şəkildə inkişaf etdirilməsi ölkənin iqtisadi suverenliyinin daha da möhkəmlənməsinə və regionların dayanıqlı tərəqqisinə güclü təkan verəcəkdir
Müşavirədə müzakirə olunan əsas istiqamətlər və qarşıya qoyulan vəzifələr göstərir ki, ölkəmizdə qeyri-neft sənayesinin şaxələndirilməsi, xüsusilə də ağır sənaye və emal sahələrinin dərinləşdirilməsi keyfiyyətcə yeni mərhələyə qədəm qoyur. Dövlət başçısının təqdim etdiyi strateji baxış ilk növbədə xammal ixracatçısı olmaqdan tamhazır məhsul və yüksək əlavə dəyər yaradan qabaqcıl sənaye mərkəzinə çevrilmək hədəfinə söykənir.
Proqram çərçivəsində geoloji kəşfiyyat işlərinin müasir texnologiyalar əsasında genişləndirilməsi, mineral-xammal bazasının daha dəqiq qiymətləndirilməsi və mövcud yataqların səmərəli istismarı prioritet vəzifələr kimi müəyyənləşdirilmişdir. Metal filizlərinin hasilatından başlayaraq son istehsal mərhələsinə qədər bütün zəncirin qurulması, daxili tələbatın yerli istehsal hesabına ödənilməsi və ixrac potensialının artırılması iqtisadiyyatımızın dayanıqlığını təmin edən mühüm amillərdəndir. Eyni zamanda, metallurgiya kompleksinin modernləşdirilməsi, istehsal proseslərində enerji səmərəliliyinin artırılması və qabaqcıl texnoloji həllərin tətbiqi qarşıdakı illərdə sənayenin rəqabətqabiliyyətliliyini daha da gücləndirəcəkdir.
Bununla yanaşı, müşavirədə ətraf mühitin mühafizəsi və ekoloji təhlükəsizlik məsələlərinə xüsusi diqqət yetirilmişdir. Dağ-mədən və metallurgiya kimi potensial ekoloji yükü yüksək olan sektorlarda "yaşıl iqtisadiyyat" prinsiplərinin tətbiqi, tullantıların idarə olunması, ekoji tarazlığın qorunması və bərpa tədbirlərinin həyata keçirilməsi dövlət siyasətinin dəyişməz tərkib hissəsidir. Müasir standartlara cavab verən ekoloji idarəetmə mexanizmlərinin qurulması uzunmüddətli və balanslı inkişafın təmin edilməsində əsas rol oynayır.
Sənayenin bu sahələrinin inkişafı öz növbəsində kadr potensialına və elmə əsaslanan yanaşmaya olan tələbatı sürətlə artırır. Peşəkar mütəxəssislərin, mühəndislərin və texniki kadrların hazırlanması, təhsil müəssisələri ilə istehsalat sektorunun sıx inteqrasiyası qarşıdakı dövrün əsas çağırışlarındandır. Dövlət Proqramının icrası yeni iş yerlərinin açılmasına, regionların sosial-iqtisadi inkişafına və əhalinin məşğulluq səviyyəsinin yüksəldilməsinə güclü təkan verəcək, bütövlükdə isə ölkəmizin iqtisadi qüdrətini daha da artıracaqdır.
Prezident İlham Əliyevin rəhbərliyi ilə təsdiq olunan “Azərbaycan Respublikasında 2027-2030-cu illərdə dağ-mədən (metal filizləri) və metallurgiya sənayesinin inkişafına dair Dövlət Proqramı” ölkəmizin sənayeləşmə strategiyasında yeni və keyfiyyətcə daha yüksək mərhələnin təməlini qoyur. Qarşıdakı illəri əhatə edən bu mühüm sənəd xammal potensialının səmərəli reallaşdırılması ilə yanaşı, yüksək əlavə dəyər yaradan emal sənayesinin inkişafını təmin edəcək, qeyri-neft sektorunun ÜDM-dəki xüsusi çəkisini əhəmiyyətli dərəcədə artıracaqdır. Ekoloji tarazlığın qorunması, müasir texnologiyaların və "yaşıl enerji" prinsiplərinin tətbiqi, eləcə də peşəkar kadr hazırlığı bu sahənin uzunmüddətli və dayanıqlı tərəqqisinə zəmanət verir. Bütövlükdə, Dövlət Proqramının uğurlu icrası Azərbaycanın qlobal təchizat zəncirindəki mövqeyini gücləndirəcək, regionların tarazlı sosial-iqtisadi inkişafına və ölkəmizin iqtisadi suverenliyinin daha da möhkəmlənməsinə xidmət edəcəkdir.

Türkanə Kərimova
YAP Babək rayon təşkilatının əməkdaşı

Digər xəbərlər