Yeni Azərbaycan Partiyası (YAP) Sabunçu rayon təşkilatının Bakıxanov qəsəbəsi, “S.Mehmandarov küçəsi 4” (Emal Sənayesi üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi) ünvanı üzrə ərazi partiya təşkilatında “Xalqa layiqli xidmət” mövzusunda YAP fəalları ilə maarifləndirici tədbir keçirilib.
Tədbirdə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, Ümummilli Lider Heydər Əliyevin və ölkəmizin azadlığı və ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbiri giriş sözü ilə açan YAP Sabunçu rayon təşkilatının sədr müavini Zülfüqar Cəfərov bildirib ki, Heydər Əliyev yolunun Müzəffər davamçısı kimi Prezident İlham Əliyevin sosial-iqtisadi tərəqqiyə, ölkəmizin hərbi gücünün və müdafiə qabiliyyətinin yüksəlməsinə, beynəlxalq aləmdə mövqeyinin güclənməsinə, milli həmrəyliyin möhkəmlənməsinə yönəldilmiş uzaqgörən siyasəti Azərbaycanın haqq işinin Zəfərlə yekunlaşmasında həlledici rol oynayıb. Bu gün Azərbaycan dünyada inkişaf diyarı, beynəlxalq dialoq və əməkdaşlıq məkanı, qalib və qüdrətli dövlət kimi tanınır. Vurğulanıb ki, Cənab Prezidentin qətiyyəti, siyasi uzaqgörənliyi və diplomatik uğurları dünya azərbaycanlılarına güvən və birlik hissi bəxş edib.
Emal Sənayesi üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinin direktoru, ərazi partiya təşkilatının sədri Əlağa Kərimov qeyd edib ki, Ulu Öndər Heydər Əliyevin müdrikliyi, siyasi iradəsi və milli maraqlara əsaslanan fəaliyyəti sayəsində Azərbaycan tarixin ən mürəkkəb mərhələlərindən uğurla çıxmış, sabit və güclü dövlət kimi formalaşmışdır. Qeyd olunub ki, Ümummilli Lider xalqın birlik və həmrəyliyini təmin edərək ölkəmizdə sabitlik, inkişaf və tərəqqinin əsasını qoyub. Azərbaycan xalqı bu gün də Ulu Öndər Heydər Əliyevin ideyalarına sədaqətini qoruyur və bu ideyaların Prezident İlham Əliyev tərəfindən həyata keçirilməsini böyük ruh yüksəkliyi ilə dəstəkləyir.
Çıxış edən partiya fəalı Semnarə Bəkirova və digər çıxışçılar Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkədə həyata keçirilən ardıcıl və məqsədyönlü siyasətin uğurlu nəticələrindən bəhs ediblər.