YAP Tərtər rayon təşkilatı , Tərtər Rayon İcra Hakimiyyəti və Qarabağ Regional Təhsil İdarəsinin Tərtər- Ağdərə rayonları üzrə Təhsil Sektorunun təçkilatçılığı ilə 27 Sentyabr – Anım Gününün altıncı ildönümünün qeyd olunması ilə bağlı Tərtər Rayon İcra Hakimiyyətinin Tədbirlər Planına uyğun olaraq, Uşaq-Gənclər İnkişaf Mərkəzində rayonun ümumtəhsil məktəblərinin şagirdlərinin rəsm və əl işlərindən ibarət sərgi keçirilib.
Sərgidə YAP Tərtər rayon təşkilatının, rayon icra hakimiyyətinin və Qarabağ Regional Təhsil İdarəsinin Tərtər – Ağdərə rayonları üzrə Təhsil Sektorunun əməkdaşları, müəllim və şagirdlər, ictimaiyyət nümayəndələri iştirak ediblər.
Sərginin keçirilməsində məqsəd gənc nəslin vətənpərvərlik ruhunda tərbiyə edilməsi və qəhrəmanlarımızın xatirəsinin yaşadılmasıdır.
Əvvəlcə tədbir iştirakçıları Ümummilli Lider Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda canlarından keçmiş şəhidlərin ruhunu bir dəqiqəlik sükutla yad ediblər.
Mərkəzin direktoru Ülviyyə Qəmbərova tədbiri giriş sözü ilə açaraq sözü qonaqlara verib. Tərtər Rayon İcra Hakimiyyəti başçısı aparatında İctimai-siyasi və humanitar məsələlər sektorunun aparıcı – məsləhətçisi Pərişan Orucova,YAP Tərtər rayon təşkilatının məsləhətçisi Gündüz Alıkişiyev çıxış ediblər.Çıxışlarda Ali Baş Komandan cənab İlham Əliyevin komandanlığı altında rəşadətli Azərbaycan Ordusunun şanlı qələbəsindən, əsgərlərimizin qəhrəmanlıqlarından,Vətən üçün canlarından keçən şəhidlərdən, sağlamlıqlarını itirən qazilərdən, müharibə veteranlarından, Tərtər rayonunun 44 günlük Vətən müharibəsində göstərdiyi dözüm və dəyanətdən bəhs edilib.
Sonra tədbir iştirakçıları sərgiyə baxıblar.Sərgidə 47 ümumtəhsil məktəbindən 23 nəfər şagirdin rəsm və 17 əl işləri nümayiş olunub.
Sərgidə fərqlənən rəsm və əl işlərinin müəllifləri rayon icra hakimiyyəti və YAP Tərtər rayon təşkilatı tərəfindən diplomla mükafatlandırılacaqlar.