PDF Oxu

Siyasət

  • 489

YAP Şərur rayon təşkilatı 27 Sentyabr – Anım Günü münasibətilə Şərur rayon şəhidlər xiyabanını ziyarət edib - FOTOLAR

image

Tədbirdə şəhid ailələri, qazilər, veteranlar həmçinin, rayon ictimaiyyətindən nümayəndələr iştirak edib.
Tədbirə başlamazdan əvvəl şəhidlərin ruhlarına Quran ayələri oxunmuş,həmçinin əziz xatirələri bir dəqiqəlik sükutla yad edilmiş və məzarları ziyarət olunaraq üzərlərinə tər qərənfillər qoyulmuşdur.Sonra Tədbirdə çıxış edən YAP Şərur rayon təşkilatının sədri Əmir Babayev Ermənistanın ölkəmizə qarşı 2020-ci il sentyabrın 27-dən başlayan növbəti hərbi təcavüzünə cavab olaraq, Azərbaycan Respublikası Silahlı Qüvvələri Ali Baş Komandanın rəhbərliyi altında işğal altındakı torpaqlarımızın azad edilməsi məqsədilə Vətən müharibəsinə başlamışdır. Bildirib ki, Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü uğrunda gedən mübarizədə rəşadət göstərən əsgər və zabitlərimiz, arxa cəbhədə çalışan mülki insanlarımız, bütövlükdə xalqımız əzm və iradə, bir yumruq kimi birlik və həmrəylik nümayiş etdirərək, düşmənə sarsıdıcı zərbələr endirmişdir. 27 sentyabr hərbi-siyasi gücümüzün, milli ruhumuzun və milli həmrəyliyimizin təntənəsi olan böyük Zəfər qələbəsinin təməlinin qoyulduğu şərəfli bir tarixdir. Çıxışın sonunda Əmir Babayev şəhid ailələrinə başsağlığı verib.Digər çıxış edənlər vurğulayıblar ki, ölkəmizin ərazi bütövlüyünün qorunması, əzəli torpaqlarımızın düşmən işğalından azad olunması zamanı həyatını itirən şəhidlərimizin əziz xatirələri xalqımız tərəfindən daim uca tutulur. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən imzalanmış "Azərbaycan Respublikasında Anım Gününün təsis edilməsi haqqında" Sərəncam qəhrəmancasına döyüşmüş, Azərbaycan Bayrağını işğaldan azad edilən torpaqlarımızda dalğalandırmış, ölkəmizin ərazi bütövlüyü yolunda canlarını fəda etmiş əsgər və zabitlərimizə, bütün şəhidlərimizə dərin ehtiram əlaməti, şəhid ruhlarına, şəhidlərin doğmalarına ali ehtiramın göstəricisidir.

Digər xəbərlər